"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1359
Dövlət Komitəsi vətəndaşlarla virtual ünsiyyəti davam etdirir
Görüşlər 10 April, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi öz funksional fəaliyyətini ölkəmizin ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən dövlət tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və qaydalara uyğun olaraq yerinə yetirir.

 

Aprelin 10-da komitənin sədr müavini Fuad Hüseynov videoqəbul keçirib. Sədr müavini əvvəlcədən qəbula yazılmış 50-dən çox vətəndaşla görüntülü danışıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Komitənin rəsmi Facebook səhifəsində “Virtual qəbul otağı”n da növbəti canlı yayımı gerçəkləşdirilib. Səhifənin izləyicilərinə əvvəlcədən bildirildiyi kimi, bu dəfəki canlı yayımda vətəndaşların müraciətlərini komitənin Aparat rəhbərinin müavini Aslan Cavanşirov cavablandırıb. Canlı yayıma komitənin mətbu orqanı olan “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev moderatorluq edib.

 

Saat 12:00-da başlanan və bir saatdan çox davam edən canlı yayım  zamanı səhifənin rəy bölməsinə 200-dən çox vətəndaşın müraciəti daxil olub. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminat, kommunal xidmətlər, qeydiyyat və s. məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edib və onların əksəriyyəti  dərhal cavablandırılıb.  Araşdırılması müəyyən vaxt tələb edən müraciətlərin müəlliflərinə özləri haqqında məlumatı və əlaqə üçün telefon nömrəsini mesaj vasitəsilə səhifənin administratoruna göndərmək təklif olunub. Həmin müraciətlərin mövcud qanunvericilik çərçivəsində cavablandırılacacağı bildirilib.

 

“Virtual qəbul otağı”nın canlı yayımında izləyicilərə COVID-19 qlobal pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyə və tələbləri barədə məlumat verilib.

 

Xüsusi karantin rejiminin davam etdiyi müddətdə komitənin vəzifəli şəxslərinin videoqəbulu və “Virtual qəbul otağı”ndan vaxtaşırı canlı yayımlar təşkil olunacaq. Bu barədə komitənin rəsmi Facebook səhifəsində əvvəlcədən müvafiq məlumat yerləşdiriləcəkdir.

 

25 April, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 April, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 April, 2024 / Görüşlər
09 April, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 April, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 April, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 March, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 March, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 March, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 March, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 March, 2024 / Görüşlər The next reception of citizens was held in the State Committee
05 March, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 March, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 March, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 February, 2024 / Görüşlər The next reception of citizens was held in the State Committee
21 February, 2024 / Görüşlər The Chairman of the State Committee received citizens in Aghdash
20 February, 2024 / Görüşlər The next reception of citizens was held in the State Committee
14 February, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 February, 2024 / Görüşlər The next reception of citizens was held in the State Committee
08 February, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb