"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1712
“Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərə hüquqi yardım göstərilib
Tədbirlər 09 Dekabr, 2019

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunda "Qobu Park-2" yaşayış kompleksində məcburi köçkünlərə pulsuz hüquqi yardım aksiyası keçirilib.

 

Kompleksdə yerləşən Zəngilan rayon 20 saylı tam orta məktəbdə təşkil edilmiş aksiyada Dövlət Komitəsinin hüquq sektorunun müdiri Ziya Məmmədov və Bakı şəhər 20 saylı vəkil bürosunun rəhbəri İlhamə Həsənova çıxış edərək bildiriblər ki, tədbirin məqsədi qaçqınların və məcburi köçkünlərin hüquqi maarifləndirilməsi, onlara bu sahədə əməl kömək göstərilməsidir.

 

Qeyd edilib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü ardıcıl iş aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də davamlı xarakter daşıyır.

 

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə hazırda ölkəmizdə hüquqi islahatların aparıldığı, bu islahatların insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaratdığı, məhkəmə-hüquq sistemində şəffaflığı daha da genişləndirdiyi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə vətəndaşlara göstərilən hüquqi xidmətlərdə ciddi keyfiyyət dəyişikliyi yaratdığı qeyd edilib.

 

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Onlar da, digər vətəndaşlar kimi, şəxsi və ictimai həyatda zəruri hüquqi dəstək tələb edən müxtəlif məsələlərlə üzləşir, bu zaman bəzən maddi imkansızlıqdan peşəkar hüquqşünasların xidmətlərindən istifadə etməyə çətinlik çəkirlər.

 

Vəkillər Kollegiyasının rəhbərliyi bunu nəzər alaraq, öz üzvlərinə məcburi köçkünlərə dəstək verməyi tövsiyə edib. Bakı şəhər 20 saylı Vəkil Bürosu bu təşəbbüsə birinci olaraq qoşulub. Büronun rəhbəri İlhamə Həsənova, vəkillər - Gülnar Qulizadə, Abdul Bağırov, Rubayıl Səfərov, Nəsimi Cəfərov, Yeganə Məmmədova, Pərvanə Məmmədova, Taleh Abbasov, Turan Abdullazadə, Əlibaba Əliyev və Elçin Mikayılov "Qobu Park-2" yaşayış kompleksində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə vətəndaşların müraciətlərinə baxılması qaydaları, pensiya təminatı, məcburi köçkünlərin imtiyazları, sahibkarlıq məsələləri və s. barədə ətraflı məlumat veriblər.

 

Sonra məcburi köçkünlərin fərdi müraciətləri dinlənilib, sualları cavablandırılıb, həmçinin hüquqi yardıma ehtiyacı olan 100 nəfərə yaxın məcburi köçkünə məsləhət verilib və əməli yardım göstərilib.

 

Məcburi köçkünlərə ödənişsiz hüquqi yardım layihəsi respublikamızdakı digər müvafiq qəsəbələrdə də təşkil olunacaq.

 

 

 

 

 

23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi