"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 825
Gəncədə məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
Tədbirlər 01 İyul, 2025

Gəncə şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində ödənişsiz hüquqi yardım və maarifləndirmə tədbiri təşkil olunub. “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilən bu tədbir Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşəbbüsünə əsasən reallaşıb. “Yurdumuza Qayıdırıq” devizi altında keçirilən görüşdə əsas diqqət keçmiş məcburi köçkünlərin hüquqi biliklərinin artırılmasına və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılmasına yönəlib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov, məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən və bu cür maarifləndirici görüşlərin əhəmiyyətindən danışıb. O bildirib ki, hüquqi biliklərin artırılması gələcəkdə köçkünlərin yenidənqurma və reinteqrasiya prosesinə fəal qoşulması üçün vacib amildir. Görüş zamanı iştirakçılarla fərdi hüquqi konsultasiyalar aparılıb. Əmlak hüquqları, sosial müdafiə, güzəştlər və kompensasiya mexanizmləri kimi məsələlər üzrə 100-ə yaxın vətəndaşın sualları cavablandırılıb. Tədbirdə iştirak edən vəkil Leyla Əhmədova bu təşəbbüsə cəlb olunan vəkillərin tam şəkildə könüllü əsaslarla fəaliyyət göstərdiyini və hüquqi yardımın şəhid ailələri, qazilər və digər həssas təbəqələr üçün də davamlı olaraq təşkil olunduğunu qeyd edib. Qeyd edək ki, bu təşəbbüs çərçivəsində oxşar tədbirlərin digər şəhər və rayonlarda da təşkili nəzərdə tutulur.

 

 

 

25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
23 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
16 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
21 May, 2026 / Tədbirlər Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqinə dair təlim keçirilib
21 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
19 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
14 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
07 May, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib