"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 820
Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
Tədbirlər 29 May, 2025

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) birgə təşkilatçılığı ilə Bakı şəhərinin Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Yurdumuza Qayıdırıq” adlı hüquqi maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib ki, tədbirin əsas məqsədi məcburi köçkünlərin hüquqlarının təbliği, hüquqi biliklərinin artırılması, bu sahədə həyata keçirilən fəaliyyətlərin ictimaiyyətə çatdırılması, habelə işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi ilə bağlı hüquqi maarifləndirmənin təmin edilməsidir. Qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərlə işi sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib, onların sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri normativ hüquqi aktlar qəbul edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu kateqoriyadan olan soydaşlarımızın müraciətlərinin müsbət həlli üçün tapşırıqlar verib. Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Tədbirdə keçmiş məcburi köçkünlərə dövlət tərəfindən nəzərdə tutulan güzəşt və imtiyazlar, sosial müdafiə tədbirlərinin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də onları maraqlandıran digər hüquqi məsələlərlə bağlı məlumat verilib. Vəkillər Kollegiyasının sədr müavini, Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov tədbirin açılışında çıxış edərək iştirakçıları VK sədri Anar Bağırovun, Kollegiyanın və vəkil həmkarların adından salamlayıb. Sədr müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə VK arasında bir neçə ildir ki, sıx səmərəli əməkdaşlığın mövcud olduğunu, 2022-ci ildə imzalanmış Memorandum çərçivəsində bir sıra ödənişsiz hüquqi yardım aksiyaları və maarifləndirici tədbirlərin təşkil edildiyini, yüzlərlə şəxsin isə bu imkanlardan faydalandığını deyib. Çıxışında tədbirin əlamətdar məqamlarına toxunan Şahmar Məmmədov söyləyib ki, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyanın bu il 30 illiyi qeyd olunur. Bu xüsusilə önəmlidir, çünki bu gün Azərbaycan Respublikasının Konstitusiyası, dövlət suverenliyi ölkənin hər bir ərazisində bərpa edilib. Sədr müavini diqqətə çatdırıb ki, Konstitusiyada nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquq yardım almaq hüququ vəkillər tərəfindən həyata keçirilir. Kollegiyanın üzvləri bu missiyanı böyük məsuliyyət və peşəkarlıqla həyata keçirir. Şahmar Məmmədov həmçinin bildirib ki, VK Rəyasət Heyətinin 9 dekabr 2020-ci il tarixli qərarına əsasən şəhid ailələri və qazilərə mütəmadi olaraq ödənişsiz hüquqi yardım göstərilir. Bu təşəbbüslər vəkillər tərəfindən mənəvi borc kimi qəbul olunaraq yüksək səviyyədə icra olunur. Tədbir çərçivəsində insan hüquqları sahəsində həyata keçirilmiş tədbirlərin təqdimatı olub. “Pro Bono” Vəkil Bürosu və Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən 100-ə yaxın keçmiş köçkünə ödənişsiz hüquqi yardım göstərilib, vətəndaşların sualları cavablandırılıb, praktiki məsləhətlər verilib. Bu təşəbbüs, hüquqi cəhətdən maarifləndirilmiş cəmiyyətin formalaşdırılması və keçmiş məcburi köçkünlərin sosial inteqrasiyasına dəstək göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, hüquqi maarifləndirmə tədbirləri məcburi köçkünlərin digər müvəqqəti məskunlaşma yerlərində də davam etdiriləcək. 

 

 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib