"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2159
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
Tədbirlər 26 Oktyabr, 2019

Azərbaycanda sosial-iqtisadi inkişaf göstəriciləri yüksəkdir, onları daha da artırmaq üçün kifayət qədər imkan və potensial var. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bu barədə ətraflı danışılıb və dövlətimizin başçısı iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmağı, islahatları davam etdirməyi hökumətin qarşısında əsas vəzifə kimi qoyub. Bu zaman mövcud ehtiyatlar aşkar edilməli, büdcə gəlirləri artırılmalı, həmçinin büdcə xərclərinin məqsədyönlülüyü və şəffaflığı təmin olunmalıdır. Ölkə rəhbəri apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bir daha bəyan edib. Bu baxımdan, dövlətimizin artan imkanları və büdcə gəlirləri əhalinin, o cümlədən cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilir.

 

Bu fikirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin geniş kollegiyasında səsləndirilib. Məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bu il nəzərdə tutulan genişmiqyaslı işlərin davam etdirildiyini, Prezident İlham Əliyevin gələn il görüləcək işlərlə bağlı konkret tapşrıqlar verdiyini bildirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün imkanların səfərbər olunmasının vacibliyini vurğulayıb.

 

Kollegiya iclasında Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun 2019-cu ildə icrası nəzərdə tutulan layihələri üzrə işlərin gedişi barədə Fondun icraçı direktoru Mahir Abbaszadənin, komitənin regional strukturlarının fəaliyyəti və onların işinin təkmilləşdirilməsi tədbirləri, həmçinin məcburi köçkünlərin fərdi uçot sisteminin təkmilləşdirilməsi ilə bağlı görülən işlərin vəziyyəti haqqında komitə sədrinin müavini Fuad Hüseynovun, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin məşğulluğun artırılması məsələləri barədə şöbə müdiri Sənan Hüseynovun, büdcə vəsaiti və investiya xərcləri hesabına aparılan təmir-tikinti işlərinin vəziyyəti barədə şöbə müdiri Rövşən Əlvəndovun, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdə payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə departamentin direktoru Səbuhi Əhmədovun hesabatları dinlənilib və müzakirə edilib.

 

Kollegiya gündəlikdə məsələlərlə bağlı qərarlar qəbul edib.

01 İyul, 2025 / Tədbirlər Gəncədə məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
20 İyun, 2025 / Tədbirlər “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib
19 İyun, 2025 / Tədbirlər Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib
29 May, 2025 / Tədbirlər Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
12 May, 2025 / Tədbirlər Məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir
08 May, 2025 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
02 May, 2025 / Tədbirlər Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edib
25 Aprel, 2025 / Tədbirlər Keçmiş məcburi köçkün qadınların peşə bilik və bacarıqları təkmilləşdirilib
14 Aprel, 2025 / Tədbirlər Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
13 Mart, 2025 / Tədbirlər Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
28 Dekabr, 2024 / Tədbirlər Geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədi ilə tədbir keçirilib
25 Dekabr, 2024 / Tədbirlər Dövlət Komitəsi Türkiyədə Böyük Qayıdışa həsr olunmuş tədbir keçirib
20 Dekabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin təhlükəsizliyi və məşğulluğu ilə bağlı məsələlər müzakirə olunub
17 Dekabr, 2024 / Tədbirlər Amerika Universitetinin professorunun kitabı ilə bağlı dəyirmi masa müzakirələri keçirilib
13 Dekabr, 2024 / Tədbirlər Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə tədbir təşkil olunub
29 Noyabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib
18 Noyabr, 2024 / Tədbirlər “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib
08 Oktyabr, 2024 / Tədbirlər Bu il ərzində 24 mindən çox məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
02 Oktyabr, 2024 / Tədbirlər Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir
26 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib