"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 165
Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb
Görüşlər 12 May, 2023

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə görüş keçirib.

 

Diqqətə çatdırılıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbə məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaradıb. 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirilir, o yerlərin ən abad, müasir tələblərə cavab verən yaşayış sahələrinə çevrilməsi üçün ardıcıl tədbirlər icra edilir. Məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi komitə qarşısına qoyulmuş mühüm tapşırıqlardan biridir.

 

Dövlət Komitəsi tərəfindən məcburi köçkünlər arasında doğma yurda qayıdışla bağlı sorğu keçirildiyi, onların mütləq əksəriyyətinin doğma yurda qayıtmaq istədiyi xatırladılıb.

 

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

 

Daha sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib, məcburi köçkünləri maraqlandıran suallar cavablandırılıb.

 

Səmimi qəbula görə minnətdarlıq edən kənd sakinləri uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb orada yaşamağı səbrsizliklə gözlədiklərini, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildiriblər.

23 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 May, 2023 / Görüşlər Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
17 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
16 May, 2023 / Görüşlər Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
16 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2023 / Görüşlər Dövlət Komitəsində tədqiqatçı Sebastien Bussua ilə görüş keçirilib
08 May, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq və yerli professorlarla görüş keçirilib
25 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
04 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
30 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq təşkilatın nümayəndəsi ilə görüş keçirilib
29 Mart, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı jurnalistlə görüş olub
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Mart, 2023 / Görüşlər Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
14 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib