"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2992
Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
Görüşlər 01 Mart, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniya Bundestaqının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Bundestaqın Hüquq məsələləri komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi heyət deputatlar Canan Bayram, Ştefan Brandner, Sonya Ayxvede, Susanne Hirl, Torsten Lib, Karsten Müller və Yan Plobnerdən ibarət olub. Görüşdə Almaniya Federativ Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Ralf Horlemann, Almaniya xarici işlər nazirinin müşaviri Yan Şlixtinq də iştirak ediblər.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, həmçinin bu problemin həlli istiqamətində  həyata keçirilən dövlət siyasəti haqqında məlumat verib. Bildirilib ki, Ermənistanın işğalçılığına son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi otuz ilə yaxın müddətdə əsas hüquqları pozulan, məcburi köçkünlüyün məhrumiyyətlərini yaşayan yüz minlərlə həmvətənimizin doğma yurda geri qayıdışına imkan yaradıb. Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşü prosesi gedir. Bu kateqoriyadan olan vətəndaşların problemlərinin həllini dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim diqqətdə saxlayır, onlara qayğı göstərirlər.

 

Məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması ilə əlaqədar həyata keçirilən layihələr haqqında məlumat verilərkən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə bu sahədə indiyədək əməkdaşlığın olduğu qeyd edilib.

 

Nümayəndə heyətinin rəhbəri Elizabet Vinkelmayer-Beker səmimi qəbula və söhbətə görə təşəkkür bildirib, ölkəmizə səfərin məqsədi barədə məlumat verib,  Cənubi Qafqazda təhlükəsizliyin bərqərar edilməsinin, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının Almaniyanın da maraq dairəsində olduğunu vurğulayıb.

 

Görüşdə almaniyalı deputatların çoxsaylı sualları cavablandırılıb, Böyük Qayıdışın müxtəlif aspektləri, işğaldan azad edilmiş ərazilərdə azərbaycanlı və erməni icmalarının birgəyaşayışının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlərə münasibət bildirilib.

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib