"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3684
Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
Görüşlər 08 Fevral, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup mərakeşli media təmsilçisi - “Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab, “L’Opinion” jurnalının redaktoru Anass Maçlux, “Le Matin” mətbu nəşrinin redaksiya rəhbəri Suheyl Naili, “Al Bayane” qəzetinin rəhbəri, nəşrlər üzrə direktoru Mahtat Rakas, “La Vie Eco” nəşrinin direktoru Fahd İraqi, “Le Desk” mətbu nəşrinin həmtəsisçisi, jurnalist Fatimə Əlqadiri, “TelQuel” mətbu nəşrinin əməkdaşı Yassin Məcidi, “L’economiste” qəzetinin əməkdaşı Saad Alami Yunis, BBMTV telekanalının kameramanı Buçayib Radda və Bahu Əlhəsən ilə görüşüb.

 

Komitə sədri qonaqları salamlayaraq onlara ölkəmizdə  qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti, bu kateqoriyadan olan insanların sosial-məişət, yaşayış və məşğulluq problemlərinin həlli istiqamətində görülən işlər, ərazilərimizin erməni işğalından azad edilməsindən sonra yaranan vəziyyət, Böyük Qayıdış proqramının icrası barədə məlumat verib.

 

Prezident İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə daim qayğı göstərdiyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onlarla bağlı məsələlərə xüsusi diqqət göstərdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət rəhbərləri işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin gedişini, məcburi köçkünlərin təhlükəsiz, könüllü və ləyaqətlə əvvəlki yaşayış yerlərinə qaylıdışının təmin edilməsini şəxsən nəzarətdə saxlayırlar.

 

Bildirilib ki, Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında işlər sürətlə davam etdirilir və həmin torpaqların sakinləri mərhələli surətdə öz doğma yurdlarına köçürülür. İndiyədək 4 mindən çox məcburi köçkünün işğaldan azad edilmiş ərazilərdə yeni salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışı təmin edilib. Eyni zamanda diqqətə çatdırılıb ki, işğal dövründə və sonradan Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi mina terrorunun nəticələrinin aradan qaldırılması zərurəti qayıdış prosesini ləngidir.

 

“Məqrib Ərəb Press” qəzetinin redaktoru Mohammed Asvab komitənin fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə aparılan işlərlə bağlı verilən məlumat üçün təşəkkür edib, görüşün keçirilməsindən məmnunluq ifadə edilib. Bildirilib ki, həmin ərazilərdə aparılan işlər dünya mediasının da diqqətindədir və prosesləri onlar da diqqətlə izləyirlər.

 

Görüşün sonunda Dövlət Komitəsinin sədri jurnalist Buçayib Raddaya müsahibə verib və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində görülən işlər barədə xarici medianı maraqlandıran çoxsaylı sualları cavablandırıb.

 

Qeyd edək ki, mərakeşli media nümayəndələri növbəti günlərdə Ağdama,  Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfər edəcəklər.

 

Görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Mərakeşdəki səfirliyinin nümayəndələri iştirak ediblər.  

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib