"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2399
İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
Görüşlər 04 Mart, 2024

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində komitənin əsas icraçısı olduğu tədbirlərə ictimai dəstəyin təşkili və bununla əlaqədar şuranın fəaliyyət imkanları barədə müzakirə aparılıb.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə gedən bərpa quruculuq işlərini və Böyük Qayıdışla bağlı məsələləri şəxsən nəzarətdə saxlamasının, Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə həmin ərazilərə müntəzəm səfərlər etməsinin, dogma yurda geri dönan əhali ilə görüşlər keçirməsinin məcburi köçkünlərdə böyük məmnunluq doğurduğu, onların mütləq əksəriyyətinin qayıdışa hazır olduğu bildirilib.

Müvəqqəti məskunlaşma yerlərində İctimai Şuranın üzvlərinin keçirdiyi görüşlərdə məcburi köçkünlərin qayıdış prosesinə dair bir sıra məsələlərlə maraqlandıqları vurğulanıb. Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov onların məlumatlandırılmasına, maarifləndirilməsinə, qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığını, müraciətlərinin Dövlət Komitəsinin müvafiq strukturları ilə birgə araşdırıldığını və qanunvericiliyə uyğun tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan və bərpası aparılan yaşayış məntəqələrinə sakinlərin köçürülməsi vəziyyəti, onların məşğulluğu məsələlərinin həlli, ümumən, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili barədə ətraflı məlumat verib. İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktiv fəaliyyətinin komitə tərəfindən aparılan işə müsbət təsiri olacağı qeyd edilib. Bununla əlaqədar üçün komitənin bütün fəaliyyət istiqamətləri üzrə qərarların qəbul edilməsi prosedurlarında vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.

İclasda müzakirə edilən məsələlər bağlı geniş fikir mübadiləsi aparılıb, əməli fəaliyyət üçün təkliflər, tövsiyələr  verilib və müvafiq qərarlar qəbul edilib

 

10 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Dekabr, 2024 / Görüşlər Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
27 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
26 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində xanım Aleksandra Bilak ilə görüş keçirilib
07 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
05 Noyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Oktyabr, 2024 / Görüşlər Komitənin Aparat rəhbəri vətəndaşların qəbulunu keçirib
29 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 Oktyabr, 2024 / Görüşlər Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək
15 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində bir qrup tələbə gənclə görüş keçirilib
08 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Oktyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində əcnəbi jurnalistlərlə görüş keçirilib
27 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədr müavini vətəndaşların qəbulunu keçirib
24 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
17 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
10 Sentyabr, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib