"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2920
Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
Görüşlər 15 Mart, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Əməlliyatlar üzrə Baş Direktorunun müavini xanım Uqoçi Danils ilə görüşüb. Görüşdə həmçinin BMqT-nin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti rəhbəri Amr Taha, BMqT-nin İqlim Fəaliyyəti departamentinin direktoru Rania Şarşr, kommunikasiya üzrə məsul şəxs Tatia Xubulava da iştirak ediblər.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, o cümlədən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmənin mövcud vəziyyəti, qaçqınların və keçmiş məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı görülən işlər barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin qayıdış prosesinin səmərəli təşkili Prezident İlham Əliyevin sosial siyasətnin prioritetləri arasında mühüm yer tutur. Bu kateqoriyadan olan şəxslərlə bağlı məsələlərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi qayğı göstərir, onların həyat şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin icrasını daim diqqətdə saxlayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonaları”nın yaradılmasını bərpa-quruculuq prosesinin prioritet istqamətlərdən biri kimi müəyyənləşdirib.

Xanım Uqoçi Danils səmimi qəbul üçün minnətdarlıq bildirib. Təşkilatın daxili miqrasiya sahəsində qazanılmış beynəlxalq təcrübəni bölüşməyə, icma quruculuğu və məşğulluq məsələrinə dəstək verməyə, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl zonaya çevrilməsində əməkdaşlıq etməyə hazır olduğu bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlıq perspektivləri dəyərləndirilib.

 

 

19 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2026 / Görüşlər Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
14 May, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
12 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 May, 2026 / Görüşlər 19 ölkədən gələn yeni təyin olunmuş diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
05 May, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 May, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib