"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 255
Dövlət Komitəsində Vəkillər Kollegiyası ilə əməkdaşlıq memorandumu imzalanıb
Tədbirlər 07 Oktyabr, 2022

Oktyabrın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini və koordinasiya prosedurlarını müəyyən edən memorandum imzalanıb. Memorandumu Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Vəkillər Kollegiyasının sədri Anar Bağırov imzalayıblar.

 

Dövlət Komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü ardıcıl iş aparılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir.

 

Qeyd edilib ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradır. Qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması, qanuni mənafelərinin təmin edilməsi dövlətimizin bu kateqoriyadan olan insanlarla iş sahəsində apardığı siyasətin vacib elementidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi nəticəsində məcburi köçkünlərin beynəlxalq normalara əsaslanan hüquqlarından istifadə etməklə doğma yurdlarına qayıtmasına şərait yaranıb.

 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov əhalinin həssas kateqoriyalarından olan qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin onların fəaliyyətlərində mühüm yer tutduğunu bildirib. O, kollegiya üzvlərinin iştirakı ilə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı bir neçə qəsəbədə hüquqi yardım tədbirlərinin keçirildiyini xatırladıb. Qeyd edib, artıq məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün məqsədyönlü iş aparılır.

 

Tədbirdə Vəkillər Kollegiyasının beş illik fəaliyyətinə həsr olunan təqdimat nümayiş etdirilib.

 

Daha sonra Dövlət Komitəsinin sədrinə “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı təqdim edilib.

 

Memorandum çərçivəsində məcburi köçkünlər üçün pulsuz hüquqi yardım və hüquqi maarifləndirmə tədbirlərinin təşkili edilməsi, mövcud səlahiyyətlər daxilində cəmiyyət üçün aktual olan məsələlərin həllində birgə iştirak, həmçinin beynəlxalq layihələrdə əməkdaşlıq nəzərdə tutulur.

18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
21 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
13 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib
27 Sentyabr, 2022 / Tədbirlər Şəhidlərin xatirəsi anılıb...
10 Sentyabr, 2022 / Tədbirlər Daha 125 Ağalı sakini doğma yurduna qayıtdı
09 Sentyabr, 2022 / Tədbirlər Komitə sərgidə silahların ən güclüsünü təqdim etdi...
07 Sentyabr, 2022 / Tədbirlər Ağalıya növbəti köç karvanı yola salınıb
01 Sentyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərin sosial-iqtisadi inkişafı üzrə layihənin icrası davam edir
17 Avqust, 2022 / Tədbirlər Laçın şəhərinə qayıdışa hazırlıq başlanacaq
15 Avqust, 2022 / Tədbirlər Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinlərindən bir qrupu ilə görüş keçirilib
13 Avqust, 2022 / Tədbirlər Laçına, Zabuxa, Susa qayıdışın təşkili üçün tədbirlər müəyyən edilib
22 İyul, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
20 İyul, 2022 / Tədbirlər Məcburi köçkün qadınlarla bağlı məsələlərə həsr olunmuş dəyirmi masa keçirilib
14 İyun, 2022 / Tədbirlər “Mine Mark” Fondunun nümayəndə heyəti ağdamlı məktəblilərə təlim keçib və Ağdam şəhərindəki dağıntıların miqyası ilə tanış olub
13 İyun, 2022 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
04 İyun, 2022 / Tədbirlər Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb