"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 91
Dövlət Komitəsinin sədr müavini BMT-nin tədbirində çıxış edib
Tədbirlər 09 Oktyabr, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt” üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi ilə bağlı dördüncü dövrü məruzəsinin təqdimatında çıxış edib.

 

Dövlət Komitəsi sədrinin müavini Ermənistanın işğalçılıq siyasəti və bunun nəticəsində qaçqın və məcburi köçkün olan 1milyondan çox soydaşımız haqqında məlumat verib, Azərbaycanda hər on nəfərdən birinin qaçqın, məcburi köçkün statusu daşıdığı qeyd edilib. Bu kateqoriyadan olan vətəndaşlarla iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir, Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

 

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğalçı Ermənistana qarşı apardığı “Dəmir yumruq” əks-həmlə hərbi əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün, məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq imkanının yarandığı qeyd edilib.

 

Azərbaycan dövləti tərəfindən işğaldan azad edilmiş ərazilər ən abad guşələrdən birinə çevriləcək, əhalinin dayanıqlı məskunlaşması təmin ediləcək.

 

Sonda məcburi köçkünlər və Böyük Qayıdışla bağlı BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar” üzrə komitənin ekspertlərinin sualları cavablandırılıb.

 

 

 

 

27 Sentyabr, 2021 / Tədbirlər Bölgələrdəki nümayəndəliklər şəhidlərin xatirəsini yad ediblər
27 Sentyabr, 2021 / Tədbirlər Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
30 İyun, 2021 / Tədbirlər Şəhidlərin xatirəsi əbədiləşdirilib
25 İyun, 2021 / Tədbirlər Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib
23 İyun, 2021 / Tədbirlər Şəhid dövlət qulluqçusunun məzarı ziyarət olunub
03 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub
02 İyun, 2021 / Tədbirlər Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
01 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlandı
27 May, 2021 / Tədbirlər Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
26 Aprel, 2021 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib
22 Aprel, 2021 / Tədbirlər Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
13 Mart, 2021 / Tədbirlər İnklüziv sosial inkişaf və sosial təminat üzrə alt İşçi Qrupunun iclası keçirilib
11 Mart, 2021 / Tədbirlər Füzuli rayonunda məcburi köçkünlərə yeni evlər verilib
04 Mart, 2021 / Tədbirlər İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
17 Fevral, 2021 / Tədbirlər Qaradağlı faciəsinin 29-cu ildönümü qeyd edilib
01 Fevral, 2021 / Tədbirlər Gənclər günü münasibəti ilə videokonfrans keçirilib
21 Yanvar, 2021 / Tədbirlər Dövlət Komitəsinin sədri Vətən Müharibəsi iştirakçısı olan əməkdaşlarla görüşüb
22 Oktyabr, 2020 / Tədbirlər Məcburi köçkünlərə 40 ton ərzaq yardımı göndərilib
21 Oktyabr, 2020 / Tədbirlər Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində məcburi köçkünlərə yardım göstərilib
08 Oktyabr, 2020 / Tədbirlər Ermənistan təxribatı haqqında xarici diplomatlara məlumat verilib