"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 759
Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
Tədbirlər 27 Sentyabr, 2021

“Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözləri sentyabrın 27-də  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Anım Günü”nə həsr olunmuş toplantısında xatırladılıb.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev toplantı iştirakçıları qarşısında çıxış edərək, bir il əvvəl işğalçı Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusununun həyata keçirməyə başladığı və qələbə ilə başa çatdırdığı əks-həmlə əməliyyatında xalqımızın qəhrəman övladlarının göstərdiyi şücaətlərin tarixdə əbədi iz qoyuduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının böyük cəsarəti və qətiyyəti, dəqiq və məqsədyönlü hərbi-siyasi və diplomatik addımları, hərbçilərimizin rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlərdə düşmənin ağır məğlubiyyətə uğradıldığı, üç rayonun ərazisini isə döyüşsüz tərk etməyə məcbur olduğu qeyd edilib.

 

İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda hazırda bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.

 

Dövlət Komitəsinin kollektivi saat 12:00-da şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.

23 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib
15 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib
10 May, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
02 May, 2023 / Tədbirlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
12 Aprel, 2023 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
11 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib