"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 983
Dövlət Komitəsinin sədri fransalı jurnalistlərlə görüşüb
Görüşlər 27 İyul, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Diasporla İş üzrə Dövlət Komitəsi və Paris Azərbaycan Evinin birgə layihəsi əsasında ölkəmizdə səfərdə olan fransalı jurnalistlər Alen Romestand və Qregori Herpe ilə görüşüb.

 

Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi tədbirlər barədə qonaqlara ətraflı məlumat verilib. Prezident İlham Əliyevin sosial siyasətinin prioritet istiqaməti kimi bu kateqoriyadan olan insanlara daim diqqət və qayğı göstərildiyi bildirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil inkanlarının genişləndirilməsi, sağlamlığının qorunması üçün zəruri iş apardığı qeyd olunub.

 

Qonaqlara 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllü və ləyaqətlə həmin ərazilərə qayıdışı üçün görülən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı əraziləri xarabalığa çevirib, Azərbaycan xalqının Şərqi Zəngəzurda və Qarabağda əsrlər boyu yaratdığı maddi-mənəvi irsi məhv etməyə çalışıb. İşğal və onun nəticələri, həmçinin Azərbaycanın hərbi-siyasi qələbəsindən sonra yaranan vəziyyət  barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında nüfuzlu və tanınmış jurnalistlərin obyektiv, dəqiq və qərəzsiz yanaşmasının vacib şərt olduğu vurğulanıb.

 

Fransalı jurnalistlər səmimi görüşə görə təşəkkür edib,  ölkəmizə səfərin məqsədi barədə məlumat veriblər.

 

Daha sonra qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

 

Görüşdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva iştirak edib.

 

Fransalı jurnalistlər Bakının Qaradağ rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qobu park” yaşayış kompleksində də olublar. Burada onlar məcburi köçkünlərin yaşayış şəraitinə baxıb, “Xarıbülbül” sənət mərkəzindəki iş yerlərinə baş çəkib, doğma yurda qayıtmağa hazırlaşan sakinlərlə söhbətləşiblər.

26 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub
25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib