"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3001
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub
Görüşlər 26 Aprel, 2024

ABŞ Konqresi üzvlərinin ölkəmizə səfərə gəlmiş köməkçilərindən ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

Komitənin sədr müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasəti, bu kateqoriyadan olan insanların üzləşdikləri problemlər və onların həlli istiqamətində görülən tədbirlər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə bağlı yaranmış vəziyyət, hazırda davam edən Böyük Qayıdış haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınlar və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.  Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların sosial, təhsil, səhiyyə, mədəniyyət məsələlərini daim diqqətə saxlayır, hər müraciətinə xüsusi həssaslıqla yanaşır.

Məcburi köçkünlərin mütləq əksəriyyətinin doğma yurda qayıtmaq, orada daimi məskunlaşmaq və işləmək, həmin yerlərin yenidən dirçəldilməsinə töhfə vermək istədiyi vurğulanıb. Böyük Qayıdışın ilkin nəticələri Şərqi Zəngəzurda və Qarabağda həyatın tezliklə canlanacağına inam yaradır.

Görüşə dəvət edilmiş bir qrup məcburi köçkünün didərginlik hekayələrini qonaqlar maraqla dinləyib, onlarla həmsöhbət olublar. Məcburi köçkünlər sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiklərini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa-quruculuq işlərindən razı qaldıqlarını və doğma yurda köçəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər, onların fikir və duyğularını amerikalı konqresmenlərə çatdırmağı xahiş ediblər.

ABŞ-dən gəlmiş nümayəndələr səmimi və maraqlı görüşün təşkilinə görə komitə rəhbərliyinə təşəkkür ediblər.

 

21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində BMT-nin rezident-əlaqələndiricisi ilə görüş keçirilib