"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1235
Dövlət Komitəsində “Azİz”in rəhbəri ilə görüş keçirilib
Görüşlər 27 İyul, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakla görüşüb. Görüşdə israilli iş adamı Bar İhielin və onun məsləhətçisi Melamed Lemuel də iştirak ediblər.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən il torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində bölgədə yaranan davamlı sülh, iqtisadi inteqrasiya və əməkdaşlıq imkanları, həmçinin məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıdışı ilə bağlı aparılan hazırlıq işləri barədə qonaqlara ətraflı məlumat verilib.

 

Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli  Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara daim diqqət və qayğı göstərir..

 

Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur qurulur. Ərazilərin minalardan təmizlənməsi prioritet təşkil edir. Ermənistanın mina xəritələrini verməməsi insani davranışa zidd olan hadisədir. Dövlət Komitəsinin sədri Lev Spivaka ölkəmizin məruz qaldığı soyqırımı cinayətləri, minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı İsrailin dövlət və hökumət orqanlarına etdiyi müraciətə görə təşəkkür bildirib.

 

Səmimi görüşə görə minnətdarlıq edən Lev Spivak İsraillə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, müharibənin başa çatmasına baxmayaraq, hələ də insanların ölümünə səbəb olan minaların xəritələrinin verilməməsi mövcud beynəlxalq normaların Ermənistan tərəfindən pozulmasıdır.  

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı, məşğulluğu, statusu və digər məsələlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb