"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 896
Dövlət Komitəsinin sədri Türkiyənin ölkəmizdə yeni fəaliyyətə başlayan səfiri ilə görüşüb
Görüşlər 23 İyul, 2021

İyulun 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdə yeni fəaliyyətə başlamış səfiri Cahit Bağcı ilə görüşüb.

 

Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük fayda gətirdiyini vurğulayan komitə sədri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib.

 

Qonağa Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir,  Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

 

Hazırda məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə, uzun illər bundan qabaq didərgin düşdükləri yurdlarına qayıdışına hazırlıq görüldüyü qeyd edilib.   

 

Səfir Cahit Bağcı səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin bütün türk dünyası üçün əhəmiyyətli olduğunu vurğulayıb, yeni reallıqlar şəraitində Türkiyə-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi üçün çalışacağını deyib.

 

Görüşdə daimi yaşayış yerlərinə qayıdış ərəfəsində məcburi köçkünlərin təhsil, məşğulluq, peşə hazılığı məsələlərinə qardaş ölkənin dəstəyi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

26 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub
25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib