"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2324
Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlandı
Tədbirlər 01 İyun, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə iyunun 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlanılıb.

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirildiyi üçün təlimlərə, ilk növbədə, məcburi köçkün məktəblilər cəlb ediliblər. AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri onlara mina təhlükəsindən qorunmağın, risklərdən uzaq olmağın vacibliyini simulyativ oyunlarla izah edib, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydalarını öyrədiblər. Təlimləri uğurla başa çatdıran məktəblilərə Qobu park yaşayış kompleksində yerləşən “Xarı Bülbül” sənət mərkəzində çalışan məcburi köçkünlər tərəfindən hazırlanmış hədiyyələr təqdim edilib. 

 

Mina təhlükəsinə qarşı müdafiə təlimləri iyunun 2-də Tərtər, iyunun 3-də Füzuli rayonlarında davam etdiriləcək. Təlimlərə müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş əhali qrupları cəlb ediləcək. Üç sessiyadan ibarət olacaq hər bir təlimin iştirakçıları risklər və təhlükəsiz davranış haqqında maarifləndiriləcək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat veriləcək, minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları öyrədiləcək.

 

Xatırladaq ki, Dövlət Komitəsi 2019-cu ilin aprel və sentyabr aylarında Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində, 2020-ci ilin sentyabr ayında isə Ağdam rayonunun Quzanlı qəsəbəsində ilk yardım göstərilməsi üzrə təlimlər təşkil edib. Maarifləndirici xarakter daşıyan, praktiki məşğələlərdən ibarət olan və iştirakçılar tərəfindən müsbət qarşılanan mülki müdafiə təlimlərinin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

26 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib