"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1360
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının ikinci iclası keçirilib
Tədbirlər 22 Aprel, 2021

Aprelin 21-də Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının (MŞ) ikinci iclası keçirilib.

 

Onlayn formatda keçirilən iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycanın Xalq artisti Alim Qasımov, həmçinin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

 

Prezident İlham Əliyevin Fondun qarşısında qoyduğu vəzifələri müzakirə edən tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərin dirçəlişinə töhfə verə biləcək dayanıqlı bir təşkilatın yaradılmasının zəruriliyini xüsusilə vurğulayıblar.

 

Fondun aparatının təşkilati strukturunun və ştat cədvəlinin layihələri, habelə Fondun Fəaliyyət Planı, Əməliyyat büdcəsi və 2021-ci il üçün İnvestisiya Siyasəti Müşahidə Şurasının üzvlərinin diqqətinə çatdırılıb.

 

Bu sənədlərin əsasını dövlətimizin başçısının fərmanlarından irəli gələn tapşırıqlar, eləcə də qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ biləcək dayanıqlı bir təşkilatın yaradılması məqsədilə istifadə edilən müasir korporativ idarəetmə prinsipləri təşkil edib.

 

Sonra Müşahidə Şurası üzvlərinin səsverməsi keçirilib və təqdim olunan sənədlərin layihələri təsdiqlənib.

 

Müşahidə Şurasının üzvlərinə, həmçinin Qarabağın erməni işğalı nəticəsində dəymiş ziyana dair 10 mindən çox fotosübutun yer aldığı “Karabakh Center” portalının layihəsi də təqdim edilib.

 

Burada dağıdılmış yüzlərlə binanın, Azərbaycan xalqının tarixi, memarlıq, dini, mədəni abidələrinin fotoşəkilləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri ilə bağlı eksklüziv materiallar yerləşdirilib. Portala mütəmadi olaraq yeni materiallar əlavə ediləcək.

 

Portal Azərbaycan və rus dillərində hazırlanıb, ingilisdilli versiyası üzərində iş isə yaxın zamanda yekunlaşdırılacaq. Gələcəkdə bütün materialların bir neçə digər dilə tərcüməsi və internetdə, xüsusilə də sosial şəbəkələrdə fəal şəkildə təbliği planlaşdırılır.

 

Portal yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.

 

“Karabakh Center” portalı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılıb.

 

İclas iştirakçıları Prezident İlham Əliyevin Fərmanına əsasən Qarabağ Dirçəliş Fondunun yaradılmasının xüsusi əhəmiyyətini bir daha vurğulayıb və Fondun qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliklərini ifadə ediblər.

19 Aprel, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 Aprel, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 Aprel, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib