"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1690
Şəkidə məcburi köçkünlər üçün sağlamlıq aksiyası keçirilib
Tədbirlər 07 Mart, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə şəhərin Yeni Çələbixan qəsəbəsində məcburi köçkünlər üçün ödənişsiz səyyar tibbi xidmət aksiyası keçirilib.

 

Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyənin davamlı inkişafı üçün həyata keçirilən tədbirlər əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasını təmin edir. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən keyfiyyətli tibbi xidmətlə təminatını da daim diqqətdə saxlayır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məcburi köçkünlərin, eləcə də bütün vətəndaşların müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyyə əməliyyatlarının icrasına yardım göstərir. Dövlət başçısının tapşırığı ilə məcburi köçkünlər üçün salınan qəsəbələrdə tibb məntəqələr də fəaliyyət göstərir.

 

Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət müxtəlif ixtisaslı 12 həkim tərəfindən aparılıb. Məcburi köçkünlər, ilk növbədə, koronavirus və ona qarşı profilaktiki tədbirlər barədə məlumatlandırılıblar. Qızdırma, öskürək, boğaz ağrısı ilə bağlı müraciət edənlər dərhal müayinədən keçiriliblər. Bundan başqa, aksiya zamanı məcburi köçkünlərə stomatoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb. Həkimlər briqadası 160 nəfərdən çox məcburi köçkünü müayinə edib. Müayinələrin nəticəsindən asılı olaraq onlara müvafiq tövsiyələr və tibbi göstərişlər verilib.

 

Məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində səyyar tibbi xidmət aksiyasının keçirilməsi ənənəvi xarakter daşıyır.

01 İyul, 2025 / Tədbirlər Gəncədə məcburi köçkünlər üçün hüquqi maarifləndirmə tədbiri keçirilib
20 İyun, 2025 / Tədbirlər “Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib
19 İyun, 2025 / Tədbirlər Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib
29 May, 2025 / Tədbirlər Vəkillər keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərib
12 May, 2025 / Tədbirlər Məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir
08 May, 2025 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
02 May, 2025 / Tədbirlər Dövlət Komitəsi “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası təşkil edib
25 Aprel, 2025 / Tədbirlər Keçmiş məcburi köçkün qadınların peşə bilik və bacarıqları təkmilləşdirilib
14 Aprel, 2025 / Tədbirlər Keçmiş məcburi köçkün qadınların peşə bilikləri təkmilləşdirilib
13 Mart, 2025 / Tədbirlər Keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
28 Dekabr, 2024 / Tədbirlər Geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədi ilə tədbir keçirilib
25 Dekabr, 2024 / Tədbirlər Dövlət Komitəsi Türkiyədə Böyük Qayıdışa həsr olunmuş tədbir keçirib
20 Dekabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin təhlükəsizliyi və məşğulluğu ilə bağlı məsələlər müzakirə olunub
17 Dekabr, 2024 / Tədbirlər Amerika Universitetinin professorunun kitabı ilə bağlı dəyirmi masa müzakirələri keçirilib
13 Dekabr, 2024 / Tədbirlər Məcburi köçkünlər haqqında məlumatların idarə edilməsi üzrə tədbir təşkil olunub
29 Noyabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib
18 Noyabr, 2024 / Tədbirlər “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib
08 Oktyabr, 2024 / Tədbirlər Bu il ərzində 24 mindən çox məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
02 Oktyabr, 2024 / Tədbirlər Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir
26 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib