"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 2299
Dövlət Komitəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş görüş keçirilib
Görüşlər 07 November, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrində və tabeliyindəki təşkilatlarda, ümumilikdə 38 nəfər Qarabağ müharibə veteranı çalışır. 8 Noyabr – Zəfər günü ərəfəsində onlarla görüş keçirilib.

Tədbirdə çıxış edən Komitə sədri Rövşən Rzayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, Qələbəyə şəxsi töhfə vermiş hər bir müharibə iştirakçısının və veteranın yüksək hörmət və ehtirama layiq olduğunu qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına və veteranlara yüksək diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirlər.

Vurğulanıb ki, tarixi Zəfər uzun illər yurd həsrəti çəkən məcburi köçkünlərin doğma torpaqlarına Böyük Qayıdışını təmin edib. Son beş il ərzində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla icrasında fəal iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Kənan Ələsgərov, Gəray Səfərov və digərləri çıxış edərək, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar işğaldan azad olunmuş ərazilərdə üçrəngli Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, doğma yurd yerlərinin yenidən dirçəlməsinə sevinclə şahidlik etdiklərini vurğulayıblar. 

Görüş iştirakçıları Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edərək, əldə olunan tarixi Qələbənin nəticələrini qorumağa, ölkəmizin davamlı inkişafına töhfə verməyə və vətənpərvərlik ruhunun cəmiyyətimizdə daha da güclənməsi istiqamətində səylərini əsirgəməyəcəklərini bəyan ediblər.

08 September, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 September, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
25 August, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
24 August, 2026 / Görüşlər Reception of Former Internally Displaced Persons Held in Shusha
20 August, 2026 / Görüşlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 August, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
04 August, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
30 JULY, 2026 / Görüşlər Board meeting held at the State Committee
28 JULY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
22 JULY, 2026 / Görüşlər Chief of Staff of the State Committee Holds Citizens' Reception
21 JULY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
14 JULY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
07 JULY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
30 JUNE, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
23 JUNE, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
19 JUNE, 2026 / Görüşlər Appeals of former IDPs were heard in Kalbajar distirict
16 JUNE, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
09 JUNE, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
26 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
19 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee