"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 694
Dövlət Komitəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş görüş keçirilib
Görüşlər 07 Noyabr, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrində və tabeliyindəki təşkilatlarda, ümumilikdə 38 nəfər Qarabağ müharibə veteranı çalışır. 8 Noyabr – Zəfər günü ərəfəsində onlarla görüş keçirilib.

Tədbirdə çıxış edən Komitə sədri Rövşən Rzayev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu vurğulayıb. O, Qələbəyə şəxsi töhfə vermiş hər bir müharibə iştirakçısının və veteranın yüksək hörmət və ehtirama layiq olduğunu qeyd edib.

Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına və veteranlara yüksək diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirirlər.

Vurğulanıb ki, tarixi Zəfər uzun illər yurd həsrəti çəkən məcburi köçkünlərin doğma torpaqlarına Böyük Qayıdışını təmin edib. Son beş il ərzində Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla icrasında fəal iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Kənan Ələsgərov, Gəray Səfərov və digərləri çıxış edərək, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar işğaldan azad olunmuş ərazilərdə üçrəngli Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, doğma yurd yerlərinin yenidən dirçəlməsinə sevinclə şahidlik etdiklərini vurğulayıblar. 

Görüş iştirakçıları Zəfərin beşinci ildönümünü böyük qürur hissi ilə qeyd edərək, əldə olunan tarixi Qələbənin nəticələrini qorumağa, ölkəmizin davamlı inkişafına töhfə verməyə və vətənpərvərlik ruhunun cəmiyyətimizdə daha da güclənməsi istiqamətində səylərini əsirgəməyəcəklərini bəyan ediblər.

09 Dekabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Noyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Noyabr, 2025 / Görüşlər Biləsuvarda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
04 Noyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Oktyabr, 2025 / Görüşlər Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb
27 Oktyabr, 2025 / Görüşlər Kürdəmirdə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Oktyabr, 2025 / Görüşlər PA nümayəndəsi Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüşüb
08 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
07 Oktyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Sentyabr, 2025 / Görüşlər Qubada keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
09 Sentyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Sentyabr, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Avqust, 2025 / Görüşlər Daşkəsəndə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
22 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsinin əməkdaşlarının İnformasiya Texnologiyaları sahəsində bilikləri artırılacaq
19 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
12 Avqust, 2025 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib