"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 659
Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib
Görüşlər 13 JUNE, 2025

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ölkəmizə səfərə gələn,  BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər – Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb. Jurnalistlərə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Ermənistanın deportasiya və işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi və soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Bildirilib ki, münaqişənin ilk illərində məcburi köçkünlər müxtəlif müvəqqəti yaşayış obyektlərində və çadır düşərgələrində çətin şəraitdə məskunlaşıblar. Dövlət tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir standartlara cavab verən qəsəbələr, yaşayış kompleksləri inşa edilib.

Diqqətə çatdırılıb ki, hər bir məcburi köçkün dövlətin sosial siyasətinə uyğun olaraq təhsil və səhiyyə xidmətlərindən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilən güzəşt və imtiyazlardan yararlanırlar. Onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında məcburi köçkünlərin problemlərinin həlli mühüm yer tutur və Birinci vitse-prezident Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət yetirir. Hazırda Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib. Beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, keçmiş məcburi köçkünlərin  könüllü, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurda qayıdışı həyata keçirilir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilib, genişmiqyaslı tədbirlər uğurla icra olunur. Lakin işğal dövründə minalanmış ərazilər bu prosesi ləngidir. İşğaldan azad edilmiş ərazilərdə problemlərin mərkəzləşdirilmiş şəkildə həlli üçün Əlaqələndirmə Qərargahı yaradılıb. Bu qurum sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələləri həll edir.

Doğma yurda qayıdışa münasibəti öyrənmək üçün keçmiş məcburi köçkünlər arasında sorğu keçirilir, bundan sonra komitə ilə köçkün arasında niyyət protokolu imzalanır.  Yaşayış sahələrinin bölgüsündə şəffaflıq və ədaləti təmin etmək üçün püşkatma keçirilir. Jurnalistlər səmimi və faydalı görüşə görə minnətdarlıq bildirərək, səfərin məqsədinin Azərbaycan həqiqətlərini obyektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıblar. Qonaqlar qeyd ediblər ki, qaçqın və məcburi köçkün məsələsi bəzi ölkələrin qarşılaşdığı ən çətin vəziyyətdir. Ləyaqətli qayıdış məcburi köçkün üçün ən əhəmiyyətli amildir. Azərbaycan bu kateqoriyadan olan şəxslərin  təhlükəsiz və ləyaqətlə geri dönməsi üçün real imkanlar yaradıb. Görüşdə jurnalistlərin sualları ətraflı cavablandırılıb. 

 

19 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
15 MAY, 2026 / Görüşlər Appeals of former IDPs were heard in Aghdam city
14 MAY, 2026 / Görüşlər Next meeting of the Public Council was held
12 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
08 MAY, 2026 / Görüşlər Newly appointed diplomats from 19 countries informed about the Great Return process
05 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
04 MAY, 2026 / Görüşlər Board meeting held at the State Committee
28 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
27 April, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Goygol
21 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
14 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
07 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
01 April, 2026 / Görüşlər The next meeting of the Public Council under the State Committee has been held
17 March, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Jabrayil
16 March, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
24 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
23 February, 2026 / Görüşlər Appeals of former internally displaced persons were heard in Shirvan
20 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee