"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 47
Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
Görüşlər 14 MAY, 2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsi, Böyük Qayıdış prosesində ictimai nəzarətin və iştirakçılığın təmin edilməsi, vətəndaşların müraciətlərinin cavablandırılması və digər məsələlər iclasda ətraflı müzakirə olunub.

 

Müzakirəyə çıxarılan məsələlərlə bağlı İctimai Şuranın sədri Anar Xəlilovun məlumatı dinlənilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbir Planına əsasən, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində daimi məskunlaşdırılması uğurla həyata keçirilir. Şura üzvləri Böyük Qayıdışla bağlı tədbirlərdə fəal iştirak edir, bu prosesin təşkilinin bütün mərhələlərində ictimai rəyi öyrənir, öz ata-baba yurduna geri dönən vətəndaşlarla görüşlər keçirirlər. İctimai Şuranın üzvlərinə müraciətlərin operativ qaydada həll edilməsi üçün Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri ilə interaktiv əlaqə mövcuddur. Bu cür əməkdaşlıq təkcə Böyük Qayıdışla deyil, ümumilikdə məcburi köçkünlərlə bağlı bütün məsələlərin diqqətdə saxlanılmasına və  vaxtında həll edilməsində əhəmiyyətli rol oynayır.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev İctimai Şuranın üzvləri ilə görüşərək, onlarla səmərəli əməkdaşlığın qurumun öz işini daha da təkmilləşdirməsi, qarşıya qoyulan vəzifələri ictimai iştirakçılıq şəraitində, şəffaf şəkildə yerinə yetirməsi üçün vacib olduğunu qeyd edib. Bildirib ki, Şura üzvləri tərəfindən səsləndirilən təkliflərə, irəli sürülən təşəbbüslərə daim diqqət göstərilir. Böyük Qayıdış prosesində ictimai nəzarətin təşkil edilməsi, keçmiş məcburi köçkünlərlə birbaşa əlaqələrin qurulması və Dövlət Komitəsinə ictimai rəyin çatdırılması Şuranın fəaliyyətinin təqdirəlayiq cəhətidir.

 

Daha sonra Dövlət Komitəsinin struktur bölmələrinin nümayəndələri ilə İctimai Şura üzvləri arasında fikir mübadiləsi aparılıb.

 

12 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
08 MAY, 2026 / Görüşlər Newly appointed diplomats from 19 countries informed about the Great Return process
05 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
04 MAY, 2026 / Görüşlər Board meeting held at the State Committee
28 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
27 April, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Goygol
21 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
14 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
07 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
01 April, 2026 / Görüşlər The next meeting of the Public Council under the State Committee has been held
17 March, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Jabrayil
16 March, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
24 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
23 February, 2026 / Görüşlər Appeals of former internally displaced persons were heard in Shirvan
20 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
17 February, 2026 / Görüşlər The first meeting of the Public Council this year has been held
10 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee