"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1015
Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
Görüşlər 07 November, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrində və tabeliyindəki təşkilatlarda, ümumilikdə 37 nəfər Qarabağ müharibə veteranı çalışır. 8 Noyabr – Zəfər günü ərəfəsində onlarla görüş keçirilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu, bu qələbəyə şəxsi töhfə verən hər bir həmvətənimizin yüksək hörmət və ehtirama layiq olduğunu vurğulayan komitə sədrinin müavini  Fuad Hüseynov keçmiş döyüşçülərə rəhbərliyin bayram təbrikini çatdırıb. Görüş iştirakçıları torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Bildirilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə veteranlarına diqqət, qayğı göstərib, onların sosial müdafiəsinin təmin edilməsi üçün tədbirlər görüb.

Qeyd olunub ki, erməni faşizmi üzərindəki möhtəşəm Zəfər uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlərin öz ata-baba ocaqlarına geri dönüşünə imkan yaradıb.  Qələbədən ötən dörd il ərzində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri aparılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrində keçmiş məcbur köçkünlərin məskunlaşdırılması davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla həyata keçirilməsində iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Xanlar Məmmədəliyev, Bayram Vəliyev, Nicat Cəlilov və başqaları çıxış edərək, dövlətimizin onlara göstərdikləri diqqət və qayğıdan məmnunluqlarını bildirib, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, məcburi köçkünlərin qayıdışı nəticəsində doğma yurd yerlərimizin yenidən canlanmasına ürəkdən sevindiklərini vurğulayıblar.

Görüş iştirakçıları daim qələbənin nəticələrini qorumağa, ölkəmizin dinamik və davamlı imkişafına  töhfə verməyə çalışacaqlarını, cəmiyyətimizdə vətənpərvərliyin təbliğində fəal  iştirak edəcəklərini bildiriblər.    

28 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
27 April, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Goygol
21 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
14 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
07 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
01 April, 2026 / Görüşlər The next meeting of the Public Council under the State Committee has been held
17 March, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Jabrayil
16 March, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
24 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
23 February, 2026 / Görüşlər Appeals of former internally displaced persons were heard in Shirvan
20 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
17 February, 2026 / Görüşlər The first meeting of the Public Council this year has been held
10 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
29 January, 2026 / Görüşlər The Chairman of the State Committee received citizens in Goychay
28 January, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 January, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 January, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib