"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1016
Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
Görüşlər 07 Noyabr, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrində və tabeliyindəki təşkilatlarda, ümumilikdə 37 nəfər Qarabağ müharibə veteranı çalışır. 8 Noyabr – Zəfər günü ərəfəsində onlarla görüş keçirilib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbənin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yer tutduğunu, bu qələbəyə şəxsi töhfə verən hər bir həmvətənimizin yüksək hörmət və ehtirama layiq olduğunu vurğulayan komitə sədrinin müavini  Fuad Hüseynov keçmiş döyüşçülərə rəhbərliyin bayram təbrikini çatdırıb. Görüş iştirakçıları torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Bildirilib ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə, müharibə veteranlarına diqqət, qayğı göstərib, onların sosial müdafiəsinin təmin edilməsi üçün tədbirlər görüb.

Qeyd olunub ki, erməni faşizmi üzərindəki möhtəşəm Zəfər uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlərin öz ata-baba ocaqlarına geri dönüşünə imkan yaradıb.  Qələbədən ötən dörd il ərzində Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı quruculuq işləri aparılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində yenidən salınan və bərpa edilən yaşayış məntəqələrində keçmiş məcbur köçkünlərin məskunlaşdırılması davam etdirilir. Dövlət Komitəsində çalışan müharibə veteranları da bu prosesin uğurla həyata keçirilməsində iştirak edirlər.

Keçmiş döyüşçülərdən Amil Əbilov, Xanlar Məmmədəliyev, Bayram Vəliyev, Nicat Cəlilov və başqaları çıxış edərək, dövlətimizin onlara göstərdikləri diqqət və qayğıdan məmnunluqlarını bildirib, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasından qürur hissi keçirdiklərini, məcburi köçkünlərin qayıdışı nəticəsində doğma yurd yerlərimizin yenidən canlanmasına ürəkdən sevindiklərini vurğulayıblar.

Görüş iştirakçıları daim qələbənin nəticələrini qorumağa, ölkəmizin dinamik və davamlı imkişafına  töhfə verməyə çalışacaqlarını, cəmiyyətimizdə vətənpərvərliyin təbliğində fəal  iştirak edəcəklərini bildiriblər.    

 

28 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
27 Aprel, 2026 / Görüşlər Göygöldə keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
21 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
01 Aprel, 2026 / Görüşlər Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib
17 Mart, 2026 / Görüşlər Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
16 Mart, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Mart, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Fevral, 2026 / Görüşlər Şirvanda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
20 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Fevral, 2026 / Görüşlər İctimai Şuranın cari ildə ilk iclası keçirilib
10 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
03 Fevral, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
29 Yanvar, 2026 / Görüşlər Göyçayda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
28 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
27 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
13 Yanvar, 2026 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib