"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 203
Məcburi köçkünlərin reinteqrasiyaya hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər
Tədbirlər 10 JULY, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Bilik təcrübədə tamamlanır” konsept mesajı ilə təşkil olunmuş Milli Marketinq Forumuna təşkilati dəstək verib. İki gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.   

Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə forumdakı çıxışında işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişində sahibkarlıq və biznes subyektlərinin fəal iştirakının əhəmiyyətinə toxunub, onların marketinq təcrübəsinin reinteqrasiya tədbirlərinə müsbət təsirini vurğulayıb. Qeyd edib ki, Qaçqınlar və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunub, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyev xüsusi diqqət yetirir, Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərir. O xatırladıb ki, belə tədbirlər gənclərin maarifləndirilməsinə,  doğma yurda qayıdışa hazırlaşan keçmiş məcburi köçkünlərin iqtisadi fəaliyyətə təşviqinə mühüm töhfə verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov Böyük Qayıdışa hazırlığın xeyli müddətdir başlandığını, bu istiqamətdə məqsədyönlü iş apardığını, kütləvi tədbirlər, təlimlər, sosial aksiyalar təşkil olunduğunu diqqətə çatdırıb. O, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin marketinq məqsədlərində Böyük Qayıdışla bağlı məsələlərə də yer verilməsinə ehtiyac olduğunu vurğulayaraq bildirib ki, istər geri qayıdan, istərsə də hələ müvəqqəti məskunlaşma yerlərində olan keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmaya və reinteqrasiyaya daha intensiv şəkildə hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər.

Forumda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar, posterlər, çap məhsulları nümayiş olunub.

 

28 JUNE, 2024 / Tədbirlər Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
26 JUNE, 2024 / Tədbirlər Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
15 JUNE, 2024 / Tədbirlər Milli Qurtuluş Günü ilə bağlı fləşmob
05 JUNE, 2024 / Tədbirlər Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib
23 MAY, 2024 / Tədbirlər Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib
21 MAY, 2024 / Tədbirlər 5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
17 MAY, 2024 / Tədbirlər “Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb
09 MAY, 2024 / Tədbirlər “Here is my home” film was screened in Izmir
08 MAY, 2024 / Tədbirlər The State Committee has been awarded another international prize
27 April, 2024 / Tədbirlər Drawing held among families to be relocated to Sus Village, Lachin District
26 April, 2024 / Tədbirlər A Board Meeting was Held at the State Committee
26 April, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 April, 2024 / Tədbirlər
19 April, 2024 / Tədbirlər Training on Mine Hazards Held for Over 1500 Former Internally Displaced Persons
17 April, 2024 / Tədbirlər An election was held for the United Trade Union Committee of the State Committee for Affairs of Refugees and Internally Displaced Persons
16 April, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 April, 2024 / Tədbirlər Initial first aid training has been provided for the employees of the State Committee
19 March, 2024 / Tədbirlər A flash mob dedicated to the Great Return took place
05 March, 2024 / Tədbirlər A tree planting campaign took place in Zabukh
01 March, 2024 / Tədbirlər The next held draw for families preparing to return to Fuzuli