"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1705
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb
Tədbirlər 08 MAY, 2024

Türkiyənin İzmir şəhərində keçirilən, türk dünyasının ortaq dəyərlərini və mədəni əlaqələrini əks etdirən "Qızıl alma" Beynəlxalq Turan Film Festivalı başa çatıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Ege Universiteti tərəfindən ilk dəfə təşkil olunan festivalda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası çərçivəsində iştirak edib.

Festival iştirakçılarına bir daha çatdırılıb ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini Prezident İlham Əliyev daim diqqətdə saxlayır, bununla bağlı məsələlər dövlət siyasətinin prioritetləri sırasındadır. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdəndir.

Dövlət Komitəsinin Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış və  türkdilli ölkələrin bu prosesə dəstəyi mövzusunda hazırladığı müxtəlif fotoşəkillər festivalın ilk günündə təşkil edilən “Səssiz şahidlər: türk boylarına səyahət” adlı sərgidə nümayiş olunub.

Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov festivalın  “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda mükafata layiq görülənlər arasında Türkiyə Prezidentinin  baş müşavirləri Fecir Alptekin və Ahmet Canbaz, Türkiyə Dövlət Arxivləri başqanı Prof. Dr. Uğur Ünal, Milli Saraylar Başqanlığının müdiri Dr. Yasin Yıldız, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin rəisi Birol Geven və başqa yüksək vəzifəli şəxslər də vardır.

Xatırladaq ki, film festivalında iştirak üçün, ümumilikdə, 77 ölkədən 1055 müraciət daxil olub. Yekun mərhələdə Türkiyədən 158, Azərbaycandan 47, Qırğızıstandan 31, Qazaxıstandan 21, Özbəkistandan 15 və Türkmənistandan 10 film rəqabət aparıb.

 

17 MAY, 2024 / Tədbirlər “Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb
27 April, 2024 / Tədbirlər Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib
26 April, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 April, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
23 April, 2024 / Tədbirlər
19 April, 2024 / Tədbirlər 1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib
17 April, 2024 / Tədbirlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə seçki keçirilib
16 April, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
06 April, 2024 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün ilkin tibbi yardım təlimləri keçirilib
19 March, 2024 / Tədbirlər A flash mob dedicated to the Great Return took place
05 March, 2024 / Tədbirlər A tree planting campaign took place in Zabukh
01 March, 2024 / Tədbirlər The next held draw for families preparing to return to Fuzuli
19 January, 2024 / Tədbirlər State Committee held a blood donation campaign
29 December, 2023 / Tədbirlər Interactive training on mine danger held
28 December, 2023 / Tədbirlər A Japanese opera singer performed a concert for IDPs
25 December, 2023 / Tədbirlər An event entitled “The Great Return: The Genius of Heydar Aliyev” organized in the city of Lachin
20 December, 2023 / Tədbirlər Interactive training on mine danger held
13 December, 2023 / Tədbirlər An infotour of photographers to the liberated territories organized
12 December, 2023 / Tədbirlər A flash mob dedicated to the Commemoration Day of National Leader Heydar Aliyev held
11 December, 2023 / Tədbirlər The campaign “Great Return Wishes” held