"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 1448
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Görüşlər 25 JULY, 2023

İyulun 25-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

 

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

 

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

 

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

 

Vətəndaşların fərdi qəbulu başa çatdıqdan sonra Dövlət Komitəsinin sədri Laçın rayonunun Sus kəndinin bir qrup sakini ilə görüşüb, onların rəy və təkliflərini dinləyib. Kənd sakinlərinə bir daha bildirilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Sus kəndi yenidən salınır, sakinlər üçün müasir tipli fərdi evlər tikilir. Görüş iştirakçılarına tikintinin gedişi haqqında ətraflı məlumat verilib. Sus kəndinə köçürülmənin yaxın vaxtlarda baş tutacağı bildirilib. Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib və doğma yurda köçü böyük həvəslə gözlədiklərini qeyd ediblər.

19 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
15 MAY, 2026 / Görüşlər Appeals of former IDPs were heard in Aghdam city
14 MAY, 2026 / Görüşlər Next meeting of the Public Council was held
12 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
08 MAY, 2026 / Görüşlər Newly appointed diplomats from 19 countries informed about the Great Return process
05 MAY, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
04 MAY, 2026 / Görüşlər Board meeting held at the State Committee
28 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
27 April, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Goygol
21 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
14 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
07 April, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
01 April, 2026 / Görüşlər The next meeting of the Public Council under the State Committee has been held
17 March, 2026 / Görüşlər The Chairman of the State Committee receives citizens in Jabrayil
16 March, 2026 / Görüşlər Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
10 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
03 March, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
24 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee
23 February, 2026 / Görüşlər Appeals of former internally displaced persons were heard in Shirvan
20 February, 2026 / Görüşlər The next reception of citizens was held in the State Committee