"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2222
Məcburi köçkün gənclər arasında “Əsgərə salam” adlı futzal turniri başlandı
Tədbirlər 01 Fevral, 2020

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, ilk dəfə olaraq, məcburi köçkün gənclər arasında futzal turniri keçirir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə təşkil edilən turnirdə Bakı şəhəri ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbələrin sakinlərindən ibarət 9 komanda mübarizə aparacaq. Turnirin keçirilməsində məqsəd məcburi köçkün gənclərin sağlam həyat tərzinə təşviq edilməsi, idmanın kütləviliyinin təmin olunmasıdır.

 

Azərbaycanda Gənclər Günü ərəfəsində - fevralın 1-də Bakı Olimpiya Stadionunun örtülü futzal meydançasında turnirin açılış mərasimi olub.  Açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ölkəmizdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından, bu kateqoriyadan olan gənclərin sağlam həyat tərzi keçirməsi üçün müvəqqəti məskunlaşma yerlərində  son vaxtlar yaradılan şəraitdən söz açıb.

 

Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə, hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. Ölkəmizdə davamlı olaraq gənclərlə bağlı dövlət proqramları həyata keçirilir. Hazırda “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı uğurla icra olunmaqdadır. Respublika ərazisində 40-a yaxın Gənclər Mərkəzi, 44 Olimpiya İdman Mərkəzi fəaliyyət göstərir.

 

Birinci vitse-prezident xanım Mehriban Əliyeva gənc nəslin fiziki və mənəvi  sağlamlığına, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına, onların həyatda öz yerini tutmasına, layiqli vətəndaş kimi böyüməsinə böyük qayğı göstərir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədə səmərəli fəaliyyəti cəmiyyətdə dərin rəğbətlə qarşılanır.

 

Qeyd edilib ki, məcburi köçkün gənclərin də hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Dövlət ali və orta ixtisas təhsil müəssisələrinə ödənişlli əsaslarla qəbul edilən məcburi köçkünlər təhsil haqqından azad edilirlər. Onların məşğulluğunun artırılması üçün zəruri tədbirlər görülür.

 

Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yeniyetmə və gənclərin vətənpətvərlik ruhunun yüksəldilməsi, fiziki və mənəvi sağlamlığının möhkəmləndirilməsi ilə bağlı təsirli və səmərəli tədbirlər həyata keçirir. Komitənin bu il yanvarın 17-də başlatdığı “Əsgərə salam” hərbi vətənpərvərlik aksiyası geniş ictimai dəstək qazanıb. Hazırda da davam edən bu aksiyaya qoşulanların sayı minlərlədir. Aksiya çərçivəsində yanvarın 30-da Ağdamda 1200 gəncin iştirakı ilə fləşmob təşkil edilib, rayon ərazisində xidmət edən əsgərlərlə görüş keçirilib.

 

Məcburi köçkün gənclər arasında ilk dəfə keçirilən “Əsgərə salam “ adlı futzal turniri gələcəkdə ənənəvi xarakter alacağı və regionları da əhatə edəcəyi bildirilib. Diqqətə çatdırılıb ki, komandaların yaradılmasına və zəruri vasitələrlə təmin edilməsinə Dövlət Komitəsinin müvafiq strukturları, xüsusən, Mənzil İstismar Departamenti və qəsəbələrə xidmət edən mənzil-kommunal təsərrüfatı sahələri kömək göstəriblər. Turnirdə iştirak edən komandalar “Qarabağ”, “Həkəri”, “Ərgünəş”, “Şuşa", “Cəbrayıl", “Füzuli", “Çinar", “İmarət" və “Qarant” kimi doğma yurd yerlərimizi simvolizə edən adlarla da meydançaya çıxacaqlar.   

 

Oyunlar həftənin şənbə və bazar günləri keçiriləcək və iki həftə ərzində başa çatdırılacaq. Qalib komandalara kubok və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Açılış mərasimindən sonra turnirin ilk qarşılaşmaları keçirilib.

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib