"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 73
Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbirlər 08 May, 2026

Mayın 7-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbiri giriş sözü ilə açıb.

Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri bu amilin Azərbaycanın hərtərəfli inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Qeyd olunub ki, müstəqil dövlətçiliyimizin təhlükədə olduğu bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaqdan xilas edib. Milli birlik və həmrəylik üçün fədakarlıqla çalışan Ulu Öndər torpaqlarımızın işğaldan azad olunacağına dair hər zaman sarsılmaz inam nümayiş etdirib, həmçinin qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsini dövlətin ali hədəfi kimi müəyyənləşdirib. Onun rəhbərliyi ilə bu sahədə xüsusi proqramlar hazırlanaraq həyata keçirilib.

Vurğulanıb ki, Ulu Öndərin siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirib və bu gün də müstəqil Azərbaycan Heydər Əliyev yolu yeni zirvələrə addımlayır. Ulu Öndərin arzuları gerçəkləşdirilib, torpaqlarımız işğaldan azad edilib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenlyi tam təmin olunub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı həyata keçirilir. Hazırda həmin ərazilərdə yaşayanların, işləyənlərin və təhsil alanların sayı 80 min nəfərdən çoxdur.

Böyük Qayıdışa, azad edilmiş ərazilərdə mədəni irsin bərpasında Heydər Əliyev Fondunun fəal dəstək verdiyi, Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov və komitənin Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyatı, şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti barədə danışıblar.

Sonda Ulu Öndərin qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üçün vaxtı ilə həyata keçirdiyi tədbirlərə, onlarla müvəqqəti məskunlaşma yerlərində görüşlərinə, həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərə həsr edilmiş videofilmlər nümayiş olunub.

 

30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib