"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 419
Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
Tədbirlər 15 Aprel, 2026

Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin müvəqqəti qeydiyyatda olduqları yaşayış yerləri üzrə icmalar və ağsaqqallar ilə daimi görüşlər keçirilir, onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri, eləcə də köç prosesinə aid məsələlər haqqında ətraflı məlumat verilir. Bununla əlaqədar olaraq, növbəti tədbir məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Yasamal rayonu, Şərifzadə küçəsi 131 A, Bakı Rabitə Kollecinin yataqxanasında keçirilib. Dövlət Komitəsinin aidiyyəti struktur bölməsinin əməkdaşları məcburi köçkünlərə sosial müdafiə tədbirləri və Böyük Qayıdışla bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

 

07 Oktyabr, 2026 / Tədbirlər Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
30 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
23 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
09 Sentyabr, 2026 / Tədbirlər Xocavənd şəhərinin sakinləri üçün "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
31 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
27 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
27 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
21 Avqust, 2026 / Tədbirlər "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib
20 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
17 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
14 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 Avqust, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib  
28 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib