"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1186
"Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
Tədbirlər 24 Dekabr, 2025

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir təşkil edib. Tədbir, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri haqqında ictimaiyyətin daha ətraflı məlumatlandırılması və bu bölgələrdəki həyatın yenidən canlanmasının nümayişi məqsədini daşıyıb. Tədbir iştirakçıları əvvəlcə, Şuşa və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qayıdışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərdən hazırlanmış sərgiyə baxıblar. Bu sərgi, həmçinin Böyük Qayıdışın təkcə fiziki deyil, eyni zamanda emosional və sosial aspektlərini, insanların doğma yurdlarına geri dönüşündəki heyrətamiz hekayələri sənət dili ilə nümayiş etdirir. Tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıqla dəstək göstərdiyini bildirib. Dövlət Komitəsi sədrinin müavini həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Böyük Qayıdışın təşkilinin, yalnız bir insanın və ya ailənin öz torpağına qayıtması deyil, bütövlükdə Azərbaycanın gələcəyi üçün çox mühüm bir addım olduğunu vurğulayan Fuad Hüseynov bu prosesin hər bir mərhələsinin, ölkənin sosial və iqtisadi inkişafını sürətləndirəcəyini, həmçinin Qarabağ və Şərqi Zəngəzurun regionunun inkişafına təkan verəcəyini diqqətə çatdırıb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Elşad İskəndərov çıxış edərək, Böyük Qayıdışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə, Şuşanın və digər azad edilmiş ərazilərin bərpası üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Bu layihələrin yalnız infrastruktur sahəsində deyil, həm də əhalinin sosial rifahının yaxşılaşdırılması, mədəniyyətin və təhsilin inkişaf etdirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması istiqamətində böyük rolu olduğunu qeyd edib. Tədbirdə, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova, Şuşa sakini Fəxrəddin Səfərov və digər sakinlər də iştirak edərək, öz təcrübələrini və Böyük Qayıdışa olan baxışlarını paylaşıblar. Sakinlər Şuşaya geri dönmək arzusunun onlar üçün necə böyük bir sevinc və qürur mənbəyi olduğunu, eyni zamanda bu dönüşün onların həyatında yeni bir səhifə açdığını vurğulayıblar. 

 

 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib