"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3177
Göygöl rayonunda məcburi köçkünlər üçün yeni məhəllənin açılışı olub
Tədbirlər 30 Dekabr, 2019

Dekabrın 30-da Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib. Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

 

Prezident İlham Əliyevin apardığı siyasət və həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında qazanılan uğurlar davamlı xarakter daşıyır. Bunun nəticəsidir ki, müharibədən əziyyət çəkən insanların, o cümlədən məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərin miqyası ilbəil genişlənir. Son iki il ərzində ölkə ərazisində bütün zəruri sosial-texniki infrastrukturu olan 13 qəsəbə və bir bina tikilib istifadəyə verilib. Ümumilikdə isə indiyədək 300 mindən çox qaqın və məcburi köçkünün – 62 mindən çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Gələn il 7 minə qədər məcburi köçkün ailəsinin yeni ev və mənzillə təmin edilməsi nəzərdə tutulur.

 

Məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hələ də ən ağır şəraitdə, həyat üçün təhlükəli bina və tikililərdə müvəqqəti məskunlaşan ailələrin birinci növbədə yeni mənzillərə köçürülməsi barədə verdiyi tapşırıq icra edilir. Məhz Mehriban xanımın çağırışı ilə özəl sektor məcburi köçkünlərin mənzil probleminin həllinə öz töhfəsini verməyə başlayıb. Dövlətimizin başçısı tərəfindən də dəstəklənən bu təşəbbüsə qoşulan sahibkarlıq subyektlərinin sayı artmaqdadır.     

 

Göygöldəki açılış mərasimində bu barədə məlumat verən Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərə dövlətimizin başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb, onlara yeni mənzillərdə xoş günlər, firavanlıq arzulayıb. Əminliklə qeyd edilib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqları gün də uzaqda deyildir. Ölkə rəhbərinin qətiyyətli siyasəti Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi ilə nəticələnəcəkdir.

 

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxışında Göygöldə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin hər bir müraciətinə yerli orqanların həssaslıqla yanaşdığını, onlara lazımi köməklik göstərdiyini bildirib və yeni istifadəyə verilən məhəllənin rayon ərazisindəki məcburi köçkünlərin mənzil problemini tam həll etdiyini deyib. 

 

Göygöldəki hər biri 5 mərtəbəli olmaqla 3 yaşayış binasından ibarət məhəllə   ölkə ərazisində qaçqınlar və məcburi köçkünlər üçün salınmış, bütün zəruri sosial-texniki infrastrukturu olan 110-cu qəsəbədir. 130 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Məhəllə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib. Ayrılmış 1,5 hektar torpaq sahəsində tikinti işlərinə 2019-cu ilin avqust ayında başlanılıb. Məhəllədəki binalarda mənzillərin 15-i birotaqlı, 55-i ikiotaqlı, 50-i üçotaqlı, 10-u dördotaqlıdır. Buraya Göygöl rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub.

 

Məhəllənin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud “Göygöl-1” yarımstansiyasında yenidənqurma işləri aparılıb və birdövrəli elektrik verilişi xətti çəkilib. Bundan əlavə, kompleksin ərazisində transformator məntəqəsi tikilib və güc transformator quraşdırılıb, kabel xətləri çəkilib, ərazinin işıqlandırılması təmin edilib.

 

İçməli su təchizatını təmin etmək üçün boru kəməri çəkilib, bir içməli su anbarı, yanğın əleyhinə iki su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Kanalizasiya şəbəkəsi qurulub. Məhəllə təbii qazla təchiz edilib, bunun üçün müvafiq infrastruktur yaradılıb. Mənzillərdə smart-kart tipli qaz sayğacları, PQ-4 tipli qaz plitələri, həmçinin istilik və isti su təchizatını təmin etmək məqsədi ilə qazla işləyən kombi tipli su qızdırıcılar quraşdırılıb. Məhəllədaxili rabitə və videomüşahidə xəttləri çəkilib.

 

Kompleksdə abadlıq və yaşıllaşdırma işləri görülüb, məhəllədaxili yollar çəkilib, sanitariya-təmizləmə meydançası tikilib.

 

Yeni il ərəfəsində məcburi köçkünlərin yeni mənzillərdə yerləşdirilməsinə başlanılıb.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib