"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 6685
Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib
Tədbirlər 27 Dekabr, 2019

Dekabrın 27-də Şirvan şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak edib.

 

Bütün zəruri sosial-texniki infrastrukturu olan məhəllənin tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınmış sayca 107-ci qəsəbədir.

 

Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüş zamanı bildirib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Bu məqsədlə, inşa edilmiş qəsəbələrdə 300 mindən çox məcburi köçkün ailəsi məskunlaşıb. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımıza xüsusi diqqət və qayğı göstərir, onların təhsil, səhiyyə kimi problemlərinin həllinə həssaslıqla yanaşır.

 

Məcburi köçkünlərlə görüşdən sonra yaşayış məhəlləsində mənzillə təmin edilən şəhid ailəsi Füzuli rayonundan məcburi köçkün, Məmmədova Zeynəb İsrafil qızının evinə baş çəkilib. Dövlət Komitəsinin sədri burada yaradılan şəraitlə tanış olub. Yeni qəsəbəyə Şirvan şəhəri ərazisində 61 yataqxana, məktəb, kirayə və digər inzibati binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan, əsasən, Zəngilan, Füzuli və Cəbrayıl rayonlarından olan 606 məcburi köçkün ailəsi, 1985 nəfər köçürüləcək. Boş qalan mənzillərə isə ətraf rayonlarda müvəqqəti məskunlaşmış ailələr köçürüləcək. Bu məqsədlə, qəsəbədə istifadəyə verilmiş məktəbdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Mahir Abbaszadə və Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Komitəsinin müvafiq komissiyasının üzvlərinin, ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə püşkatma keçirilib. Bu gündən məcburi köçkünlərin yeni qəsəbədəki evlərə köçürülməsinə başlanılacaq.

 

 Yeni qəsəbə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) sifarişi əsasında layihələndirilib və inşa olunub. Ayrılmış 10 hektar torpaq sahəsində tikinti işlərinə 2018-ci ilin dekabr ayında başlanılıb. Yeni yaşayış kompleksində hər biri 9 mərtəbəli olmaqla 13 yaşayış binası inşa edilib. Qəsəbədəki mənzillərdən 64-ü birotaqlı, 298-i ikiotaqlı, 207-i üçotaqlı, 53-ü dördotaqlıdır. Bundan başqa, yaşayış kompleksində 540 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ATS binası tikilmiş, o cümlədən müvafiq mühəndis kommunikasiya şəbəkələri yaradılmış, abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Kompleksin elektrik təchizatını təmin etmək məqsədi ilə mövcud 110/35/6 kV-luq “Cənub” yarımstansiyasının 110 və 35 kV-luq Açıq Paylayıcı Qurğularında 110-35 kV-luq avadanlıqlar dəyişdirilməklə yenidənqurma işləri aparılıb, 6.32 km uzunluğunda iki dövrəli 35 kV-luq elektrik veriliş xətti çəkilib, məhəllə daxili yeni Qapalı yarımstansiya  tikilib və 2 ədəd güc transformatoru quraşdırlııb. Bundan əlavə, kompleksin ərazisində 2 ədəd transformator məntəqəsi tikilib və 4 ədəd transformator quraşdırılıb. Sahədaxili elektrik təchizatı üzrə 1.2 km  uzunluğunda 6 kV-luq və 9.47 km uzunluğunda 0.4 kV-luq kabel xətləri çəkilib və kompleksin ərazisinin işıqlandırılması təmin edilib.

 

İçməli su təchizatı şəbəkəsi yaradılıb, 0,892 km uzunluğunda boru kəməri çəkilmiş, 3 ədəd su anbarı, nasosxana və nəzarətçi binası tikilib. Ərazidə sahədaxili içməli  1.977 km su şəbəkəsi tikilib və 5 ədəd yanğın hidrantları quraşdırılıb. Sahədaxili və xarici kanalizasiya şəbəkəsi qurulub.

 

Yaşılaşdırma sahələrinin suvarılması üçün 1 ədəd su anbarı, nasosxana tikilib, sahədaxili suvarma şəbəkəsi çəkilib və 62 ədəd suvarma kranları quraşdırılıb.

 

Qəsəbəyə qaz xətti çəkilib, qazanxana üçün 1 ədəd qaztənzimləyici məntəqə quraşdırılıb, istilik təchizatı üçün yeraltı beton kanal quraşdırılıb.

 

Ərazidəyə rabitə xətti çəkilib, abadlıq işləri görülüb, 3,8 km uzunluğunda  məhəllədaxili yollar tikilib, 0,97 km uzunluğunda yağış kanalizasiyası, 7 ədəd sanitariya-təmizləmə meydançası tikilib və 2.4 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb.

 

 

 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib