"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 4468
Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun
Tədbirlər 19 Dekabr, 2019

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində Xarici Işlər Nazirliyinin orta və yüksək vəzifəli diplomatları və hökumət qurumlarından olan dövlət qulluqçuları üçün "Qabaqcıl Xarici Xidmət Proqramı" çərçivəsində mühazirə deyib.

 

Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırki vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, Ermənistanın status-kvonun saxlanmasına və sülh prosesinin pozulmasına yönəlmiş qeyri-konstruktiv mövqeyi münaqişənin uzanmasına səbəb olur. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin, ATƏT-in, AŞPA-nın və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin və qərarların yerinə yetirilmədiyi bildirilib. Bu qərar və qətnamələrin icrasına münasibətdə beynəlxalq ictimaiyyət “ikili standart”lar nümayiş etdirir.  Nəticədə, münaqişə nizamlanmayıb, işğal olunmuş rayonlar talanır, burada olan maddi-mənəvi mədəniyyət nümunələri məhv edilir.

 

Nəzərə çatdırılıb ki, işğal nəticəsində ağır məhrumiyyətlərə məruz qalan və insan hüquqları kobudcasına pozulan qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli ilə bağlı tapşırıqlar verir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

 

Dövlət tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 106 qəsəbə tikilib, beləliklə 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan başqa məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən məcburi köçkünlərə vahid aylıq müavinət verilir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu məbləğ son bir ildə 70 faizə qədər artırılaraq 60 manata çatdırılıb.

 

Qeyd olunub ki, həyata keçirilən tədbirlərin miqyasına baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkün ailələri var. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət başçısının verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur. Məcburi köçkünlərin ən böyük istəyi ərazilərimizin işğaldan azad edilməsi və doğma yurdlarına qayıtmalarıdır. Bildirilib ki, dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış “Böyük Qayıdış” proqramının icrasına Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində başlanılıb. Cocuq Mərcanlı post-konflikt reabilitasiya tədbirlərinin unikal modelidir. Dövlətin məqsədi odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və bundan sonra “Böyük Qayıdış” proqramı tam olaraq icra edilsin. Əminik ki, ölkə prezidenti, Ali baş  komandanın rəhbərliyi altında bu məsələ həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunmuş könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edərək torpaqlarına qayıdacaq.

 

Gənc diplomatlara və hökumət qurumlarının təmsilçilərinə iştirak etdikləri beynəlxalq tədbirlərdə xalqımızın haqq səsini ucaltmaq və ədalətli mövqeyini müdafiə etmək üçün daha böyük səylə çalışmaq tövsiyə edilib.

 

Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

 

 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib