"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2955
“Bir gün Qarabağda” adlı muğam konserti təşkil edilib
Tədbirlər 26 Avqust, 2019

Avqustun 26-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şamaxı rayonunda Beynəlxalq Azərbaycan Muğamı Gününə həsr olunmuş “Bir gün Qarabağda” adlı konsert keçirilib. Avaxıl kəndi yaxınlığında yaşıllıq ərazidə açıq havada məcburi köçkünlər üçün təşkil olunmuş konsertə Beynəlxalq Muğam Mərkəzi, Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Şamaxı Rayon icra hakimiyyətləri dəstək veriblər.

Azərbaycan mədəniyyəti tarixində muğam ifaçılığının Qarabağ və Şirvan məktəbləri önəmli yer tuturlar. Hər iki məktəbin yetirmələri milli mədəniyyətimizin inkişafına sanballı töhfələr veriblər və bu  missiyanı gənc ifaçılar nəsli davam etdirir. Təbii gözəllikləri və muğama sevgisi ilə Qarabağın qan qardaşı, can sirdaşı sayılan Şirvan torpağında təşkil olunan konsert xalqımızın mədəni-mənəvi dəyərlərinə, onların qorunmasına və zənginləşdirilməsinə məcburi köçkünlərin dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb. 

Tədbirdə qonaqları Dövlət Komitəsinin gənc könüllüləri qarşılayıblar. Onlar üçün milli və hərbi üslubda xüsusi hazırlanmış geyimlər xüsusilə göz oxşayıb. Gənc könüllü xanımlar baş örtüyü olan kəlağayılardan və araxçından istifadə edib, oğlanlar isə hər an döyüşə hazır olduqlarını göstərən, xüsusi hərbi geyimi xatırladan formada olublar. Geyimlərin məhz bu cür seçilməsində əsas məqsəd Azərbaycan mədəniyyətinin tarixi ənənələrinin qorunmasına göstərilən diqqətin bariz ifadəsidir.

Konsertin təşkil edildiyi ərazidə milli-adət ənənələri və xüsusilə əsl kənd həyatını  özündə əks etdirən etnoelementlərdən istifadə olunub. Belə ki, ərazidə arabalar, arı yeşikləri, pətəklər, xüsusi zövqlə hazırlanmış saxsı və küp qablar, səhənglər, qədim samovarlar, təndir, bulaq, su quyusu və s. nümayiş olunub. Çobanın qoyun-quzunu yemləməsi, saman tayalarının hazırlanması isə kənd həyatını real şəkildə özündə əks etdirib.

Konsert proqramı zamanı qeyd olunub ki, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət tədbirləri bu gün daha geniş miqyasda davam etdirilir. Otuz ildir işğalçılıq siyasəti həyata keçirən Ermənistanın xalqımızın Qarabağda əsrlər boyu yaratdığı mədəniyyət abidələrini məhv etməklə yanaşı, qeyri-maddi mədəni irsimizə də sahib çıxmağa cəhd göstərirlər.

Bir daha diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin apardığı cəsarətli və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Hazırda dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə məcburi köçkünlərin sosial problemlərinin həlli sahəsində geniş miqyaslı tədbirlər həyata keçirilir, indiyədək onlar üçün 104 qəsəbə salınıb. Bu layihələr işğaldan azad ediləcək ərazilərdə də davam etdiriləcək.

Artıq bir neçə ildir ki, 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Bu, xalqımızın milli sərvəti, dünya mədəniyyətinin şah əsəri sayılan muğama verilən bəşəri dəyərin ifadəsidir. Azərbaycan muğamının şöhrəti artıq bütün dünyaya səs salıb. Tarixin dərin qatlarından bizə gəlib çatan bu mədəni-mənəvi sərvətin qorunub saxlanmasında və daha da zənginləşdirilməsində, muğam sənətinin inkişafı üçün hər cür şərait yaradılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri vardır. Məhz Mehriban xanımın təşəbbüsü ilə Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin inciləri siyahısına salınıb və beləliklə də, onun dünya miqyasında təbliğinə  geniş imkanlar açılıb. Azərbaycanın ərazi bütövlüyü məsələsinin, Qarabağ həqiqətlərinin bütün dünyaya çatırılması Fondun fəaliyyətinin ən mühüm istiqamətidir.

Tədbir iştirakçıları xalqımızın mədəni-mənəvi dəyərlərindən olan muğamlarımızın bir gün işğaldan azad edilmiş yurd yerlərimizdən bütün dünyaya yayılacağına əminliklərini ifadə ediblər.

Konsertdə muğamlarımız Beynəlxalq Muğam Mərkəzinin ansamblının və  solistlərinin ifasında çoxsaylı tamaşaçılara təqdim olunub.

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib