"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2100
“Qobu Park”da idman klubu açıldı
Tədbirlər 22 Fevral, 2019

Azərbaycanda sosial sferanın bütün sahələri olduğu kimi, idmanın da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün Azərbaycan yalnız beynəlxalq idman yarışlarının iştirakçısı deyil, həm də təşkilatçısıdır. Milli Olimpiya Komitəsinin rəhbəri Prezident İlham Əliyev idman və olimpiya hərəkatının inkişafına mühüm töhfə verir, respublikanın bir çox regionunda idman kompleksləri inşa edilib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva elm, səhiyyə kimi idmanın inkişafına da qayğı göstərir. Bu barədə fevralın 21-də Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində idman klubunun açılış mərasimində məlumat verilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Milli Məclisin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər. Millət vəkili Adil Əliyev çıxışında qeyd edib ki, ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti gənc nəslin harmonik, hərtərəfli inkişafına, sağlamlığının möhkəmləndirilməsinə, əməyə və vətənin müdafiəsinə hazırlanmasına, həmçinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlib. Məcburi köçkünlərin yaşadığı qəsəbədə idman klubunun açılması dövlət siyasətinin tələblərinə uyğundur və burada böyüyən uşaqların, yeniyetmələrin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayacaqdır. Komitə sədrinin müavini Fuad Hüseynovun isə çıxışında məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının icra edildiyini, yeni salınmış qəsəbələrdə infrastrukturun sakinlərin maraq və tələbatına uyğun olaraq genişləndirilməsinə diqqət yetirildiyini qeyd edib, yeni yaradılmış kluba fəaliyyətində uğurlar arzulayıb. “Ağ canavar” adlandırılan klubun rəhbəri “Qobu Park”ın sakini, Füzuli rayonundan məcburi köçkün Asəf Quliyevdir. Onun oğlu 13 yaşlı Amil həmyaşıdları arasında kikboksinq üzrə dəfələrlə ölkə, qitə və dünya çempionu olub. Bütün zəruri avadanlıq və məşq şəraiti ilə təchiz edilmiş idman klubunda kikboksinqlə yanaşı, digər əlbəyaxa döyüş növləri, həmçinin cüdo üzrə bölmələr də fəaliyyət göstərəcək. Burada hələlik 8 məşqçi-müəllim çalışacaq. Klubda eyni vaxtda 30 nəfərin məşq etməsi mümkündür. Artıq bölmələrə yazılmaq üçün 50 nəfərdən çox yeniyetmə və gənc müraciət edib. Asəf Quliyev məcburi köçkünlərin həm mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, həm də məşğulluğunun təmin edilməsinə göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıq bildirib. Qeyd edək ki, Quliyevlər ailəsi “Nərimanov rayonu, Z.Bünyadov prospekti, 30” ünvanında yerləşən, istifadəyə yararsız vəziyyətə düşmüş yataqxanadan ötən ilin yayında “Qobu park” yaşayış kompleksində üçotaqlı mənzilə köçürülüb.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib