"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1960
Dövlət Komitəsində Qubadlının işğal günü ilə bağlı tədbir keçirilib
Tədbirlər 29 Avqust, 2018

Avqustun 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Qubadlının işğalının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Qubadlı rayonundan olan ziyalılar iştirak ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində o vaxtkı siyasi hakimiyyətin yol verdiyi ciddi və bağışlanılmaz səhvlərin nəticəsində respublikada yaranmış xaos və anarxiya, ordu quruculuğunun ləngidilməsi Qubadlının və digər ərazilərimizin işğalına gətirib çıxarıb. Təcavüzkar Ermənistanın hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu ələ keçiriblər. İşğalçılar burada da yaşayış məntəqələrini dağıdıb, qarət edib, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetiriblər. Təəssüf ki, dünya birliyi Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq, işğal siyasətinə son qoymaq üçün hələ də təsirli tədbirlər görmür. Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı qərarları icra edilmir, kağız üzərində qalır. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın tezliklə Ermənistanın işğalından azad edilməsi üçün məqsədyönlü və qətiyyətli siyasət aparır. Məhz bu qətiyyətin nəticəsdir ki, 2016-cı ilin aprelində torpaqlarımızın bir hissəsi işğaldan azad edilib, uzun illərdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış bərpa olunub. Xalqımız inanır ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edəcək, məcburi köçkün həmvətənlərimiz öz doğma yurdlarına qayıdacaqlar. Hazırda Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır. Məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımızın problemlərinə həssaslıqla yanaşır, onlara hər zaman diqqət göstərir. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində aparılan quruculuq-abadlıq işləri məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaq ümidini daha da gücləndirir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov çıxışında Qubadlı uğrunda gedən döyüşlərdən, göstərilən qəhərmanlıqlardan bəhs edib. Bildirib ki, Ali Baş Komandanın əmri ilə keçmiş döyüşçülər yenidən torpaqlarımızın azadlığı uğrunda vuruşmağa daim hazırdırlar. Aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə qeyd edib ki, daha çox vətənsizliyin acısını çəkir. “Biz işğal edilmiş ərazilərimizin yanğısını hər zaman ürəyimizdə, beynimizdə, ruhumuzda daşımalıyıq. Hamımız bir olmalıyıq ki, Cocuq Mərcanlıya gedən yolun davamı gəlsin. Allah bizə yeni zəfərlər qismət eləsin. Hər evdə bir Raquf, bir Pəncəli böyüməlidir. Torpaqdan, Vətəndən başqa bir iddiamız olmamalıdır. Raqufu və silahdaşlarını yaşadan onların Vətənə sevgisi, ölümsüzlüyüdür”, - deyə Sevinc xanım vurğulayıb. Tədbirdə Qubadlının və işğal altındakı digər ərazilərin tezliklə azad ediləcəyinə, məcburi köçkünlərimizin yenidən öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə edilib. Sonda “Yol gedir... Qubadlıya” filmi nümayiş etdirilib.

29 Noyabr, 2024 / Tədbirlər Məcburi köçkünlərin peşə bacarıqlarının artırılması məqsədi ilə tədbir keçirilib
18 Noyabr, 2024 / Tədbirlər “Sülh və Firəvanlıq üçün Ekoloji Körpü” adlı forum keçirilib
08 Oktyabr, 2024 / Tədbirlər Bu il ərzində 24 mindən çox məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
02 Oktyabr, 2024 / Tədbirlər Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir
26 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
18 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
28 Avqust, 2024 / Tədbirlər Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib
09 Avqust, 2024 / Tədbirlər Təlimlərə cəlb olunmuş məcburi köçkün ailəsi mina təhlükəsini necə aradan qaldırdı?
01 Avqust, 2024 / Tədbirlər Dövlət Komitəsi Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib
01 Avqust, 2024 / Tədbirlər Füzuliyə yenicə köç edən sakinlərə ilk dəfə mina təhlükəsi ilə bağlı təlim keçirilib
24 İyul, 2024 / Tədbirlər Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib
10 İyul, 2024 / Tədbirlər Məcburi köçkünlərin reinteqrasiyaya hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər
28 İyun, 2024 / Tədbirlər Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
26 İyun, 2024 / Tədbirlər Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
15 İyun, 2024 / Tədbirlər Milli Qurtuluş Günü ilə bağlı fləşmob
05 İyun, 2024 / Tədbirlər Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib
23 May, 2024 / Tədbirlər Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib
21 May, 2024 / Tədbirlər 5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
17 May, 2024 / Tədbirlər “Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb
09 May, 2024 / Tədbirlər “Bura mənim evimdir” filmi İzmirdə nümayiş olunub