"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2397
Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
Tədbirlər 22 İyun, 2018

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iyunun 22-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub. Tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak ediblər. M.Kərimli vurğulayıb ki, əhalinin məşğulluğunun təminatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir və dövlət məşğulluq orqanları tərəfindən bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir. Nazir müavini “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının fəaliyyətində mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, cari ilin 5 ayında da dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil edib. Özünüməşğulluq proqramı çərçivəsində məcburi köçkünlərin məşğulluğuna dəstək verildiyini qeyd edən M.Kərimli diqqətə çatdırıb ki, ötən il həmin proqram vasitəsilə 206 məcburi köçkün ailəsi kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə də 1100-ə yaxın məcburi köçkün ailəsinin özünüməşğulluq proqramında iştirakı proqnozlaşdırılır, artıq onlardan bir hissəsi bunun üçün kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb olunub. Nazir müavini təşkil olunan bu əmək yarmarkasının Müşfiqabad qəsəbəsində yaşayan məcburi köçkünlərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına yönəldiyini bildirib. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini F.Hüseynov ötən dövrdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, həmin insanların məşğulluğunun təmin edilməsi üçün Komitə tərəfindən aidiyyəti tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilən bu əmək yarmarkasının əhəmiyyətini qeyd edib, gələcəkdə də belə tədbirlərin təşkili üçün müvafiq işlərin aparılacağını diqqətə çatdırıb. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmələri üçün qeydiyyata alınıblar.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib