"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 309
Qarabağa qayıdan qadınlar: qədim yurdda yeni perspektivlər
Tədbirlər 04 May, 2025

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Qarabağa qayıdan qadınlar: qədim yurdda yeni perspektivlər” adlı tədbir keçirib. Müxtəlif peşələri təmsil edən keçmiş məcburi köçkün qadınların da iştirak etdiyi tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məsələsi ətraflı müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqları və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlər ardıcıllqıla icra olunur. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, qədim yurd yerlərimiz yenidən abad, təhlükəsiz yaşayış məkanına çevrilir. Dövlətimizin başçısı ilə birlikdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Qarabağda və Şərqi Zəngəzurda olur, doğma yurda qayıdan həmvətənlərimizlə görüşlərdə iştirak edir, sosial sahədə həyata keçirilən işləri diqqətdə saxlayır.

Dövlət Komitəsinin əməkdaşı, Gender qrupunun rəhbəri Günel Piriyeva məşğulluqla bağlı tədbirlər planında qadınların roluna xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, bu addımların məqsədi qadınların iqtisadi fəaliyyətə cəlb edilməsi, onların sosial-iqtisadi fəaliyyətinin gücləndirilməsidir.

Laçın rayon sakini, hüquq elmləri üzrə fəlsəfə doktoru Aynur Musayeva, Şuşa şəhər sakini, Şuşa 1 nömrəli məktəbin direktoru Səbinə Gözəlova Böyük Qayıdışın başlanmasının, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinin qürurverici hadisə olduğunu bildiriblər. Sakinlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı zamanı təhsil, mədəniyyət, səhiyyə və digər sosial sahələrin inkişafı üçün də mühüm addım atıldığı, məşğulluğun təmin edilməsində qadınların ön sıralarda olduğu bildirilib. Diqqətə çatdırılıb ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına reinteqrasiya prosesində qadınların rolu böyükdür.

Tədbirdə məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə könüllü və təhlükəsiz geri dönüşünü təşviq etmək məqsədilə Dövlət Komitəsi tərəfindən hazırlanmış müxtəlif təbliğat-izahat xarakterli videoçarxlar nümayiş etdirilib, məlumat kitabçası, broşürlər paylanıb. 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib