"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 366
Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqinə dair təlim keçirilib
Tədbirlər 21 May, 2026

Dövlət Komitəsində əməkdaşlar üçün “Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda təlim keçirilib. Dövlət idarəçiliyində rəsmi yazışmaların keyfiyyətinin yüksəldilməsi, Azərbaycan ədəbi dilinin norma və qaydalarına əməl olunması, eləcə də dövlət qulluqçularının yazılı ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi və ədəbi dil normalarına dair məlumatlılığın artırılması məqsədilə təşkil olunan təlimdə komitənin struktur bölmələrinin kargüzarlıq və elektron sənəd dövriyyəsi ilə məşğul olan əməkdaşları iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində Azərbaycan dilinin statusuna və inkişafına xüsusi diqqət yetirdiyi, Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, milli ədəbi dilin daha da zənginləşdirilməsi, qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafı ilə bağlı mühüm qərarlar verdiyi qeyd olunub. Sənədlərin məzmun etibarilə dəqiq, üslub baxımından səlis və ədəbi dil normalarına uyğun hazırlanmasının idarəetmənin səmərəliliyinə, vətəndaş müraciətlərinə peşəkar yanaşmanın formalaşmasına xidmət etdiyi vurğulanıb.

Təlimdə hər bir dövlət qulluqçusunun mükəmməl, sabit normalara malik Azərbaycan ədəbi dilinə bələdliyinin və rəsmi-işgüzar yazışmalarda ondan doğru-düzgün istifadə etməsinin zəruriliyi diqqətə çatdırılıb. İştirakçılara rəsmi sənədlərdə yol verilən dil və üslub xətaları, işgüzar üslubun xüsusiyyətləri, terminologiyadan istifadə qaydaları və normativ yazı prinsipləri barədə ətraflı məlumat verilib, komitənin struktur bölmələrində hazırlanmış müxtəlif mətnlərdə ədəbi dil normalarının tətbiqi məsələləri praktiki tərəfdən təhlil edilib.

“Vətən səsi” qəzetinin Baş redaktoru, əməkdar jurnalist Elşən Əliyev tərəfindən keçirilən təlim interaktiv formada təşkil olunub, mövzu ətrafında müzakirələr aparılıb, həmçinin əməkdaşların sualları cavablandırılıb.

28 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 İyul, 2026 / Tədbirlər Dövlət Komitəsi və AzQAC mina təhlükəsizliyi üzrə birgə maarifləndirmə fəaliyyətini davam etdirirlər
28 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
20 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
17 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
16 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
10 İyul, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
25 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib

23 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
18 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib

16 İyun, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib