"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1073
"Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı fotomüsabiqə yekunlaşıb
Tədbirlər 29 İyul, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə keçirdiyi "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub. Bu ilin aprel ayında elan edilən, 44 günlük Vətən müharibəsində və  sonrakı bir günlük antiterror əməliyyatında rəşadətli ordumuzun qazandığı zəfərin nəticələrinə həsr olunan müsabiqəyə həvəskar və peşəkar fotoqraflar tərəfindən 400-dən çox fotoşəkil təqdim edilib.

Müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini vizual formada nümayiş etdirməkdən ibarət olub.

Müsabiqənin nəticələri paytaxtdakı "Qalereya-1969" sərgi salonunda keçirilən tədbirdə açıqlanıb. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Onlar əvvəlcə AFB-nin münsiflər heyətinin müsabiqənin yekun mərhələsi üçün seçdiyi  44 fotoşəkildən ibarət sərgiyə baxıblar. Sonra Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində fotoqrafların Qarabağa və Şərqi Zəngəzura infoturundan bəhs edən videoçarx nümayiş olunub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, sərgidəki fotoşəkillər həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayır.  Prezident İlham Əliyevin tapşırıqlarının və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini bildirən komitə sədri peşəkar və həvəskar fotoqrafların Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı haqqında pozitiv mesajların yayılmasında fəal iştirakının təqdirəlayiq olduğunu deyib.

Tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputat Ceyhun Məmmədov çıxış edərək, Qarabağda və Şərqi Zəngəzurda torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnən möhtəşəm Zəfərin qazanılmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətçiliyimiz qarşısında müstəsna xidməti kimi dəyərləndiriblər. Deputatlar fotomüsabiqənin təşkilini alqışlayaraq, Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işlərinin, Böyük Qayıdışın ilk addımlarının fotoyaddaşa köçürülməsinin tarixin ən gözəl səhifələrində yer alacığını vurğulayıblar.

Daha sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AFB-nin sədri Amira Süleymanova, AFB-nin üzvü Mirnaib Həsənov, Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur tədbirdə çıxış edərək, Böyük Qayıdış prosesinin sürətlə aparıldığı bir zamanda bu cür müsabiqələrin tez-tez təşkil edilməsini və ölkə başçısının tapşırığına uyğun olaraq görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin belə maraqlı üsul və vasitələrlə ictimaiyyətə təqdim edilməsini bəyənərək, müsabiqə iştirakçılarının yaradıcılığını dəyərləndirib, səgilənən fotoşəkillər haqqında təəssüratlarını bölüşüblər.

Münsiflər heyəti müsabiqəyə qatılan 40-dan çox iştirakçının elan olunmuş mövzulara və texniki parametrlərə uyğun gələn 44 fotosunu seçib. Bunların içərisindən 3 nəfər qalibə diplom və pul mükafatları, 20 nəfərə həvəsləndirici mükafatlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib. Müsabiqədə I yerə – İlham Mustafayev, II yerə – Rəsul Rəhimov, III yerə – Alp Ər-Tunqa Cabbarlı layiq görülüblər.

Tədbirin sonunda müsabiqə iştirakçıları ilə birgə xatirə fotoşəkli çəkilib.

 

 

12 Noyabr, 2026 / Tədbirlər Xocavənd şəhəri və Xocavənd rayonunun Quzeyxırman qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
11 Noyabr, 2026 / Tədbirlər Müşfiqabadda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
06 Noyabr, 2026 / Tədbirlər Şanlı Qələbəyə həsr olunmuş “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
06 Noyabr, 2026 / Tədbirlər Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir keçirilib
05 Noyabr, 2026 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
05 Noyabr, 2026 / Tədbirlər Dövlət Komitəsində “Bir şəkil” sənədli filminin təqdimatı olub
04 Noyabr, 2026 / Tədbirlər “Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib
30 Oktyabr, 2026 / Tədbirlər YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
28 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 Oktyabr, 2026 / Tədbirlər Dövlət Komitəsinin sədr müavini ADU tələbələri ilə görüşüb
22 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
22 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
21 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
19 Oktyabr, 2026 / Tədbirlər Ağdərə rayonunun Heyvalı kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
16 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
13 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
08 Oktyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
07 Oktyabr, 2026 / Tədbirlər Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar
30 Sentyabr, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib