"... The problems of citizens expelled from all occupied regions and now living as refugees and internally displaced persons are the problem number one for us and for me personally".
XƏBƏRLƏR
Çap et 848
"Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı fotomüsabiqə yekunlaşıb
Tədbirlər 29 JULY, 2025

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə keçirdiyi "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub. Bu ilin aprel ayında elan edilən, 44 günlük Vətən müharibəsində və  sonrakı bir günlük antiterror əməliyyatında rəşadətli ordumuzun qazandığı zəfərin nəticələrinə həsr olunan müsabiqəyə həvəskar və peşəkar fotoqraflar tərəfindən 400-dən çox fotoşəkil təqdim edilib.

Müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini vizual formada nümayiş etdirməkdən ibarət olub.

Müsabiqənin nəticələri paytaxtdakı "Qalereya-1969" sərgi salonunda keçirilən tədbirdə açıqlanıb. Tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Onlar əvvəlcə AFB-nin münsiflər heyətinin müsabiqənin yekun mərhələsi üçün seçdiyi  44 fotoşəkildən ibarət sərgiyə baxıblar. Sonra Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində fotoqrafların Qarabağa və Şərqi Zəngəzura infoturundan bəhs edən videoçarx nümayiş olunub.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, sərgidəki fotoşəkillər həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayır.  Prezident İlham Əliyevin tapşırıqlarının və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini bildirən komitə sədri peşəkar və həvəskar fotoqrafların Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı haqqında pozitiv mesajların yayılmasında fəal iştirakının təqdirəlayiq olduğunu deyib.

Tədbirdə Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputat Ceyhun Məmmədov çıxış edərək, Qarabağda və Şərqi Zəngəzurda torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ilə nəticələnən möhtəşəm Zəfərin qazanılmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətçiliyimiz qarşısında müstəsna xidməti kimi dəyərləndiriblər. Deputatlar fotomüsabiqənin təşkilini alqışlayaraq, Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işlərinin, Böyük Qayıdışın ilk addımlarının fotoyaddaşa köçürülməsinin tarixin ən gözəl səhifələrində yer alacığını vurğulayıblar.

Daha sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AFB-nin sədri Amira Süleymanova, AFB-nin üzvü Mirnaib Həsənov, Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur tədbirdə çıxış edərək, Böyük Qayıdış prosesinin sürətlə aparıldığı bir zamanda bu cür müsabiqələrin tez-tez təşkil edilməsini və ölkə başçısının tapşırığına uyğun olaraq görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin belə maraqlı üsul və vasitələrlə ictimaiyyətə təqdim edilməsini bəyənərək, müsabiqə iştirakçılarının yaradıcılığını dəyərləndirib, səgilənən fotoşəkillər haqqında təəssüratlarını bölüşüblər.

Münsiflər heyəti müsabiqəyə qatılan 40-dan çox iştirakçının elan olunmuş mövzulara və texniki parametrlərə uyğun gələn 44 fotosunu seçib. Bunların içərisindən 3 nəfər qalibə diplom və pul mükafatları, 20 nəfərə həvəsləndirici mükafatlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib. Müsabiqədə I yerə – İlham Mustafayev, II yerə – Rəsul Rəhimov, III yerə – Alp Ər-Tunqa Cabbarlı layiq görülüblər.

Tədbirin sonunda müsabiqə iştirakçıları ilə birgə xatirə fotoşəkli çəkilib.

 

 

04 March, 2026 / Tədbirlər Residents of the cities of Khojaly and Khojavand, as well as the villages of Khojavand, Seyidbeyli, and Horovlu, have been informed about social protection measures and mine safety.
26 February, 2026 / Tədbirlər A commemorative event marking the 34th anniversary of the Khojaly genocide was held at the State Committee
26 February, 2026 / Tədbirlər State Committee’s staff visited the Khojaly Genocide Memorial
26 January, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 December, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 December, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 December, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 December, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 December, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 December, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 November, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 November, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 November, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 November, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 November, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 November, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 November, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib