"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1738
5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırılıb
Tədbirlər 21 May, 2024

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlər davam edir. Maarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mərhələli sürətdə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.  

"Qapı-qapı" və "Məktəb"  formatında keçirilən təlim sessiyaları AzQAC-ın mütəxəssis və könüllülərindən ibarət heyəti tərəfindən gerçəkləşdirilib. “Qapı-qapı” sessiyasında təlimçilər mənzillərə gedərək ailə üzvlərinə zəruri məlumatlar verib, onların suallarını cavablandırıblar. “Məktəb” sessiyasında isə təlimlər sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib.

Təlimlərin hər iki formasında xəbərdaredici və məlumatlandırıcı nişanlar barədə məlumatlar verilib, maarifləndirici broşürlər paylanılıb, nəzəri və praktik vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri  xatırladılıb.

Bununla da Abşeron rayonu, Mehdiabad qəsəbəsində müvəqqəti məskunlaşmış 1700-dən çox keçmiş məcburi köçkünün mina təhlükəsi ilə bağlı məlumatlılığı artırılıb.

Xatırladaq ki, ilk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonudakı “Qobu Park” yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunmuşdur.   Mina və PSD təhlükəsi ilə bağlı maarifləndirici təlimlərə indiyədək 5000-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur. 

 

02 Oktyabr, 2024 / Tədbirlər Vahid aylıq müavinətə dair maarifləndirmə tədbirləri davam etdirilir
26 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
18 Sentyabr, 2024 / Tədbirlər Dövlət Komitəsinin statistik və analitik potensialının gücləndirilməsi üzrə layihənin icrasına başlanıb
28 Avqust, 2024 / Tədbirlər Keçmiş məcburi köçkünlər üçün mina təhlükəsinə dair təlimlər keçirilib
09 Avqust, 2024 / Tədbirlər Təlimlərə cəlb olunmuş məcburi köçkün ailəsi mina təhlükəsini necə aradan qaldırdı?
01 Avqust, 2024 / Tədbirlər Dövlət Komitəsi Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birgə dəyirmi masa təşkil edib
01 Avqust, 2024 / Tədbirlər Füzuliyə yenicə köç edən sakinlərə ilk dəfə mina təhlükəsi ilə bağlı təlim keçirilib
24 İyul, 2024 / Tədbirlər Laçında yaşıl enerji zonasına dəstək tədbiri keçirilib
10 İyul, 2024 / Tədbirlər Məcburi köçkünlərin reinteqrasiyaya hazırlanması birgə əməkdaşlığın prioritet istiqaməti ola bilər
28 İyun, 2024 / Tədbirlər Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimat mərasimi keçirilib
26 İyun, 2024 / Tədbirlər Silahlı Qüvvələr Gününə həsr olunmuş fləşmob
15 İyun, 2024 / Tədbirlər Milli Qurtuluş Günü ilə bağlı fləşmob
05 İyun, 2024 / Tədbirlər Dövlət Komitəsi Böyük Qayıdışa həsr olunmuş fotosərgi təşkil edib
23 May, 2024 / Tədbirlər Dövlət Komitəsində “Şuşa qalası” broşürlar seriyasının təqdimatı keçirilib
17 May, 2024 / Tədbirlər “Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb
09 May, 2024 / Tədbirlər “Bura mənim evimdir” filmi İzmirdə nümayiş olunub
08 May, 2024 / Tədbirlər Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb
27 Aprel, 2024 / Tədbirlər Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib
26 Aprel, 2024 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
26 Aprel, 2024 / Tədbirlər Növbəti köç karvanı Füzuli şəhərinə çatdı