"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2390
Dövlət Komitəsi Füzuli şəhərinə infotur təşkil edib
Tədbirlər 18 Oktyabr, 2023

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə infotur təşkil edib.

 

İnfoturda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması sahəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən media nümayəndələri və fotoqraflar iştirak ediblər.

 

İştirak edən qonaqlar ərazilərimizin 30 ilə yaxın müddətdə işğal altında saxlandığı dövrdə orada törədilən dağıntılar və vandalizm aktlarını müşahidə edib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, irimiqyaslı layihələrlə də tanışlıq olub. İnfotur iştirakçıları Füzuli şəhərində yeni salınan yaşayış məhəlləsində, Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq tikilmiş 960 yerlik məktəbdə olub, Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələrinə yeni mənzillərin açarlarının verilməsi mərasimində iştirak edib, sakinlərin fikir və rəylərini öyrəniblər. Dövlət Komitəsinin nümayəndələri köçürülmənin gedişi, məskunlaşdırma və reinteqrasiya tədbirləri barədə onlara ətraflı məlumat veriblər.

 

İnfotur iştirakçılara ərazilərimizin abadlaşdırılması, əsl cənnətə çevrilməsi üçün dövlət tərəfindən həyata keçirilən işlərin dəyərini, miqyasını anlamaq imkanı verib.

 

Sonda iştirakçılar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.

 

 

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib