"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1536
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mədəni-kütləvi tədbir keçirilib
Tədbirlər 29 Avqust, 2023

İyunun 8-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda Beynəlxalq Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Qayıdış: çadır düşərgələrindən başlayan yol” adlı mədəni-kütləvi tədbir keçirib.

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin 1993-2003-cü illərdə qaçqınlar və məcburi köçkünlərlə görüşlərini, didərginlik mərhumiyyətləri ilə üzləşmiş insanlara qayğısını, onların müvəqqəti məskunlaşdıqları yerlərə xarici qonaqlar və beynəlxalq təşkilatların nümayəndələri ilə birgə səfərlərini, mövcud problemə dair tədbirlərdə iştirakını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidəki 60-a yaxın fotoşəkildə Heydər Əliyevin xalqının ağrı-acılarına ürəkdən şərik olan, bunları yüngülləşdirmək və aradan qaldırmaq üçün fədakarlıqla çalışan, müharibədən əziyyət çəkən vətəndaşlara hərtərəfli qayğı göstərən, onlarda gələcəyə ümid, torpaqlarımızın işğaldan mütləq azad edilcəyinə inam yaradan müdrik rəhbər, sevilən milli lider obrazı təcəssüm tapıb. Fotoşəkillərin hər biri Azərbaycan və ingilis dillərində tanıdıcı mətnlə təqdim edilib.

 

Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirdiyi dövlət siyasətindən, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edən filmə baxıblar. Filmin nümayişindən sonra məcburi köçkün ziyalılar Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər. Milli Məclisin deputatı akademik Rafael Hüseynovun xalqımızın ümummilli liderinin həyatı və dövlətçilik fəaliyyəti haqqında çıxışı böyük maraqla qarşılanıb.

 

Tədbir Azərbaycanın tanınmış muğam ifaçılarının konserti ilə yekunlaşıb.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib