"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1083
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib
Tədbirlər 23 May, 2023

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirib. 

 

Bakı şəhərinin Qaradağ və Sabunçu rayonlarında, Sumqayıt şəhərindəki 13-cü mikrorayonda, Abşeron rayonunda və Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış  yaşayış komplekslərində keçirilən aksiyalarda Dövlət Komitəsinin rəhbər işçiləri və sakinlər iştirak ediblər.

 

Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təbii sərvətlərin mühafizəsinə, onlardan səmərəli istifadə olunmasına, ekoloji mühitin sağlamlaşdırılmasına xüsusi diqqət yetirdiyi minnətdarlıq hissi ilə xatırlanıb. Ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması,  ağacların əkilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi ilə bağlı tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, soydaşlarımızın təmiz ekoloji şəraitdə yaşaması prioritet kimi müəyyənləşdirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ekologiyanın və ətraf mühitin qorunması istiqamətində mühüm tədbirlər görülür.

 

Aksiya iştirakçıları işğaldan azad olunmuş ərazilərdə ekologiyaya ağır zərbə vurulduğunu, təbii sərvətlərimizin vandallar tərəfindən məhv edildiyini qeyd ediblər.  Məcburi köçkünlər dövlətin diqqəti və dəstəyi ilə doğma yurdlarının əvvəlki gözəlliyini bərpa edəcəklərini, ekoloji tarazlığın inkişafına töhfə verəcəklərini bildiriblər.

 

İndiyədək keçirilmiş aksiyalar zamanı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı qəsəbələrin ərazisində yüzlərlə şam və zeytun ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.

08 May, 2026 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
30 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
29 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
28 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
24 Aprel, 2026 / Tədbirlər Böyük Qayıdışla bağlı maarifləndirmə görüşləri keçirilib
16 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
15 Aprel, 2026 / Tədbirlər Məcburi köçkünlərlə maarifləndirmə görüşləri keçirilib
04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib