"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1031
Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
Tədbirlər 10 May, 2023

Mayın 10-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və komitənin kollektivi Fəxri Xiyabanda xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül düzülüb.

 

Daha sonra Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

 

Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu amilin milli inkişafımız üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərinin işğalı nəticəsində yurd-yuvasını tərk etmiş qaçqın və məcburi köçkünlər hər zaman ümummilli liderin diqqət və qayğısını hiss edib. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə, bu sahədə Dövlət Proqramı hazırlanıb, icra edilib. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası öz bəhrəsini verməyə başladıqdan sonra ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilib. Beynəlxalq təşkilatların qaçqın və məcburi köçkün problemlərinin həllinə dəstək göstərməsi, yardımlar etməsi də ulu öndərin təşəbbüsü və çağırışı əsasında olub. Bununla da, ölkədə yaşana biləcək humanitar fəlakətin qarşısı alınıb.

 

Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərlə bağlı dövlət siyasətini daha da genişləndirərək davam etdirib. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə həssaslıqla yanaşır, onların müayinə və müalicəsinin təşkilinə, mürəkkəb cərrahiyyə əməliyyatlarının icrasına yardım göstərir.

 

Dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində qaçqın və məcburi köçkün probleminin dayanıqlı həllinə nail olunub, Ulu Öndərin siyasəti bizi Şuşaya, Kəlbəcərə, Laçına, Ağdama apardı. Ərazilərimiz işğaldan azad edilib, soydaşlarımızın ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı üçün imkan yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin abadlaşdırılması, müasir yaşayış məskənlərinə çevrilməsi üçün zəruri tədbirlər görülür, irimiqyaslı layihələr həyata keçirilir.  Artıq Zəngilan rayonunun Ağalı kəndinə və Tərtər rayonunun Talış kəndinə məcburi köçkünlər köçürülüb. Soydaşlarımızın doğma yurdlarına qayıdışı qarşıdakı aylarda davam edəcək.

 

Sonra ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə dövlət qayğısı, bu kateqoriyadan olan soydaşlarımızın sosial problemlərinin həlli ilə bağlı ölkə daxilində və xaricində apardığı müdrik və uzaqgörən siyasətindən bəhs edən film nümayiş olunub.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov, Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov, kadrlar sektorunun müdiri, Milli Qəhrəman Vüqar Hüseynovun qardaşı Həbib Hüseynov, Layihə-Texnoloji Konstruktor İdarəsinin müdiri İsrayıl Balayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin fəaliyyəti haqqında danışıblar. Qeyd edilib ki, ümumilli liderin respublikaya rəhbərliyinin birinci dövründə genişmiqyaslı quruculuq işləri aparılıb, milli oyanışa rəvac verən mühit yaranıb. Məhz həmin dövrdə yaradılmış potensial və dəyərlər Azərbaycanın müstəqilliyi üçün möhkəm zəminə, suverenliyimiz üçün təminata çevrilib. Müstəqil dövlət quruculuğunun on ili ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlərin miqyası çox böyükdür. Qeyd olunub ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

 

Tədbirdə belə bir inam ifadə edilib ki, Ulu Öndərin bütün vəsiyyət və arzuları kimi keçmiş məcburi köçkünlərin dogma torpaqlara qaydışı da təmin ediləcək, tezliklə Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən öz məcrasına qayıdacaqdır. 

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib