"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1311
Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbirlər 14 Aprel, 2023

Aprelin 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün düşmüş sakinlərlə görüş keçirilib.

 

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin, Ermənistanın törətdiyi hərbi cinayətlərin qurbanı olan həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev, otuz ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərində, o cümlədən Kəlbəcərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsini, ağır işgəncələrə məruz qoymasını xalqımızın heç vaxt unutmayacağını vurğulayaraq, Başlıbellə yanaşı,  Ağdaban, Tunel qətliamlarının da bütövlükdə insanlığa qarşı amansız cinayət olduğunu qeyd edib.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik qətiyyəti, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsinin, xüsusilə, Kəlbəcər də daxil olmaqla üç rayonu məğlub Ermənistanın döyüşsüz təhvil verməsinin tarixi əhəmiyyəti xatırladılıb. Böyük Zəfər nəticəsində doğma yurda qayıtmağa hazırlaşan məcburi köçkünlərə daim dövlət qayğısı göstərildiyi diqqətə çatdırılıb, onların problemlərinin həllinin Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib.

 

Dövlət Komitəsinin sədri görüş iştirakçılarına Böyük Qayıdışa Dair I Dövlət proqramına müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün icra edilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

 

Görüşdə Dövlət Proqramına müvafiq olaraq hazırlıq, bərpa və yenidənqurma işləri ilə bağlı məcburi köçkünlərin rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb. Başlıbel icmasının nümayəndələri xalqımızın arzularının gerçəkləşdirilməsinə, erməni işğalına son qoyulmasına, yurd yerlərimizin bərpası və dirçəldilməsi, məcburi köçkünlərin geri qayıdışı üçün genişmiqyaslı mühüm tədbirlərin görülməsinə, onlara daim göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər. Onlar Başlıbel faciəsi qurbanlarının xatirəsinin də kənddə əbədiləşdirələcəyinə dərin inam ifadə ediblər.

 

Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Başlıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədiyindən kahalara – təbii mağaralara sığınmağa məcbur olmuş, işğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum etmiş və kütləvi qətliam törətmişlər. Nəticədə 14 dinc sakin girov götürülmüş, 18 nəfər qətlə yetirilmiş, 1 nəfər itkin düşmüş, 8 nəfər yaralanmışdır. Yaralılar və sağ qalanlar (ümumilikdə 29 nəfər) dağlara çəkilərək kahalarda gizlənmiş, yalnız 113 gündən sonra gizli dağ yolları ilə mühasirədən çıxa bilmişlər.

04 Mart, 2026 / Tədbirlər Xocalı və Xocavənd şəhərləri, həmçinin Xocavənd, Seyidbəyli və Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Fevral, 2026 / Tədbirlər Dövlət Komitəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib
26 Fevral, 2026 / Tədbirlər Xocalı Soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi ziyarət olunub
26 Yanvar, 2026 / Tədbirlər Horovlu, Məmmədbəyli, Çıldıran, Çapar kəndləri, Xocavəndin Qırmızı Bazar və Hadrut qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
26 Dekabr, 2025 / Tədbirlər Ümid qəsəbəsində ağacəkmə aksiyası keçirilib
24 Dekabr, 2025 / Tədbirlər "Böyük Qayıdış: Qarabağda yeni həyatın başlanğıcı" adlı tədbir keçirilib
18 Dekabr, 2025 / Tədbirlər Ağdam şəhəri və rayonun Xıdırlı, Xocalının Seyidbəyli, Badara, Ağdərənin Kolatağ, Vəngli və Həsənriz kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər Badara, Həsənriz, Vəngli, Şuşakənd, Ballıca, Sos kəndləri, Hadrut və Qırmızı Bazar qəsəbələrinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
10 Dekabr, 2025 / Tədbirlər “Böyük Qayıdışa aparan yollar” adlı tədbir keçirilib
09 Dekabr, 2025 / Tədbirlər Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib
05 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün “Windows server inzibatçılığı” mövzusunda təlim keçirilib
04 Dekabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün təlim təşkil edilib
28 Noyabr, 2025 / Tədbirlər “Məşğulluq və sahibkarlıq fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib
27 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşları üçün "Gender aspekt və elementlərin nəzərə alınması" mövzusunda təlim təşkil edilib
24 Noyabr, 2025 / Tədbirlər Məmmədbəyli və Xanabad kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
21 Noyabr, 2025 / Tədbirlər Xocalı şəhəri, Xocalının Xanyurdu və Cəbrayılın Horovlu kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
19 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib
19 Noyabr, 2025 / Tədbirlər Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
17 Noyabr, 2025 / Tədbirlər Seyidbəyli, Həsənriz, Sos kəndləri və Hadrut qəsəbəsinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
14 Noyabr, 2025 / Tədbirlər Dövlət Komitəsi əməkdaşları üçün “Repatriasiyanın hüquqi əsasları” mövzusunda təlim təşkil edilib